Icma.az
close
up
RU
Xalqlarımız arasında ənənəvi dostluq davam edir

Xalqlarımız arasında ənənəvi dostluq davam edir

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Xarici siyasətimizin prioritet istiqamətlərindən biri ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Azərbaycan qonşu dövlətlərlə əməkdaşlığa xüsusi önəm verir. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin yanvarın 17-də ölkəmizə işgüzar səfəri bunun bariz nümunəsidir. Qarşılıqlı səfərlər əlaqələrin daha da möhkəmlənməsində öz sözünü deyir.

Dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin say tərkibinə diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev ötən dövr ərzində Gürcüstana 1 dövlət, 1 rəsmi, 9 işgüzar olmaqla ümumilikdə 11 səfər edib. Son rəsmi səfər 2015-ci ildə, işgüzar səfər isə 2023-cü ildə həyata keçirilib. Gürcüstanın sabiq Prezidenti xanım Salome Zurabişvili isə ölkəmizə 1 rəsmi, 1 işgüzar səfər etmişdir. Rəsmi səfər 2019-cu ildə, işgüzar səfər isə IX Qlobal Bakı Forumunda iştirak etmək üçün 2022-ci ildə baş tutmuşdur. Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə 2024-cü ilin 11 noyabr tarixində ölkəmizdə işgüzar səfərdə olmuşdur.
Hər bir səfər münasibətlərin dünəninə baxış əsasında yeni səhifənin açılmasıdır. Qeyd edək ki, İrakli Kobaxidzenin bu səfəri Gürcüstanda keçirilən parlament seçkilərindən sonra ilk xarici səfərdir. Cənab İlham Əliyev təkbətək və geniş tərkibdə görüşlərdə, eyni zamanda, mətbuata birgə bəyanatlarında səfərin bu baxımdan əhəmiyyətini xüsusi qeyd etdi. “Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz” söyləyən cənab İlham Əliyev bildirdi ki, görüşlərimizin müntəzəm xarakter almasından çox şadam: “Biz Sizinlə iki ay bundan əvvəl Bakıda görüşmüşdük. COP29 konfransında iştirak etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Ondan əvvəl isə 10 ay bundan qabaq Siz Azərbaycana səfər etmisiniz. Yəni, son 10 ay ərzində bu, Sizin Azərbaycana üçüncü səfərinizdir və bu fakt özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunu göstərir”.
Bu mühüm məqam da xüsusi qeyd edildi ki, səfərin xüsusi əhəmiyyəti var. Çünki qeyd etdiyimiz kimi, bu, Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra İrakli Kobaxidzenin ilk xarici səfəridir. Təbii ki, bu, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir.
Əsrlər boyu xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır. Bu gün də belədir. Bu, həm ölkələrimiz, eyni zamanda, Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, dost ölkələrdir. Xalqlarımız arasında ənənəvi dostluq davam edir. Hər iki tərəf əlaqlərin yeni istiqamətlər üzrə inkişafında maraqlıdır və birgə addımları ilə buna yüksək səviyyədə nail olurlar. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmləndirilməsinə davamlı töhfələri daim yüksək dəyərləndirilir. Gürcüstanın Baş naziri “Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur” fikirləri ilə bunu bir daha təsdiqlədi.
Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri bu illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Ümummilli Lider Heydər Əliyevin və Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələri inkişaf etdirməyə əhəmiyyətli təkan verib. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 123 sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.
Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında ölkələrimiz və xalqlarımız arasında mövcud dostluq əlaqələrindən, hər iki dövlətin birgə həyata keçirdiyi iqtisadi layihələrdən geniş bəhs edərək bildirdi ki, Orta Dəhliz layihəsini müzakirə etdik. Ölkələrimiz burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də uğurla başa çatdıracaq: “Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır. Bilirəm ki, Gürcüstanda nəqliyyat infrastrukturunun genişləndirilməsi layihəsi icra edilir. Azərbaycanda da bu layihələr icra olunur, o cümlədən nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması layihəsi. Yəni, biz bu işləri paralel apararaq təbii ki, həm ölkələrimiz və xalqlarımız, həm də qonşularımız üçün çox əvəzolunmaz xidmətlər göstəririk”.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, iki ölkə arasında nəqliyyat, enerji təhlükəsizliyi, ticarət sahələrində əməkdaşlıq, qarşılıqlı sərmayə qoyuluşu Cənubi Qafqaz regionunun gələcəyinə böyük töhfələr verir. Azərbaycan və Gürcüstan arasında dostluq, qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün yeni imkanlar yaranır.

Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Yanvar 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri