Xama və kefir günəş yanığını sağaltmır: Həkim təhlükəni açıqladı
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Həkim-kosmetoloq Larisa Lyubina bildirib ki, günəş yanığı zamanı dəriyə kefir və ya xama çəkmək infeksiyaya səbəb ola bilər.
Ölkə.az xəbər verir ki, onun sözlərinə görə, bu xalq üsulu dərinin üzərində yağlı təbəqə yaradır və istiliyin xaric olmasına mane olur. Nəticədə yanıq daha da ağırlaşa bilər. Bundan əlavə, turş süd məhsullarının tərkibindəki bakteriyalar infeksiya riskini artırır.
Mütəxəssis günəş yanığı nəticəsində yaranan suluqları (qabarcıqları) deşməməyi tövsiyə edib. O qeyd edib ki, suluq dərinin steril qoruyucu təbəqəsidir və onun zədələnməsi infeksiyanın daxil olması üçün şərait yaradır.
Lyubinanın sözlərinə görə, günəş altında uzun müddət qaldıqdan sonra ən yaxşı üsul sərinləşdirici duş qəbul etmək, dərini zərif şəkildə təmizləmək və aloe vera, pantenol və ya hialuron turşusu tərkibli kremlərlə bol nəmləndirməkdir.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 10 İyun 2026 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















