Icma.az
close
up
RU
Xamenei hədəfə alındı, müharibə genişləndi İran hansı modelə keçir?

Xamenei hədəfə alındı, müharibə genişləndi İran hansı modelə keçir?

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaxın Şərqdə gərginlik artıq lokal toqquşma mərhələsini geridə qoyaraq daha genişmiqyaslı hərbi qarşıdurmaya çevrilib. ABŞ və İsrailin İrana qarşı addımları, eləcə də Tehranın verdiyi cavablar regionda yeni reallıq formalaşdırır. Müharibənin ilk günlərindən etibarən baş verənlər göstərir ki, tərəflər fərqli strategiyalar üzərində hərəkət edir və bu da prosesin istiqamətini dəyişir. Xüsusilə İranın ağır itkilərə baxmayaraq geri çəkilməməsi diqqət mərkəzindədir.

Ölkə.Az-ın məlumatına görə, mövzu ilə bağlı hərbi ekspert Səxavət Məmməd bildirib ki, ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatları fonunda rəsmi Tehranın atdığı addımlar və verdiyi cavablar unikal bir müharibə modelini ortaya qoyur.

"ABŞ və İsrailin İrana endirdiyi ilk zərbələr nəticəsində ölkənin ali dini lideri və strateji postlarda olan komandir heyəti sıradan çıxıb. Ancaq İran bu ağır itkilərə rəğmən nəinki tərəddüd etdi, əksinə, zərbələrinin intensivliyini daha da artırdı. İran, bəlkə də, dünyada çox az ölkələrdən biridir ki, dövlət rəhbərliyi müharibənin ilk günü məhv edilsə də, döyüş qabiliyyətini itirmədən müqaviməti davam etdirə bilir. Vaşinqton və Təl-Əviv üçün Xamneyi əsas hədəf idi; hesab olunurdu ki, onun fiziki məhvi sistemi sarsıdar və rejimi çökdürər. Reallıq isə bunun tam əksini göstərir. Əslində, müharibədən əvvəl İran tərəfi rəhbər şəxslərin öldürüləcəyi təqdirdə onların yerinə keçəcək şəxslərin əvvəlcədən müəyyən edildiyi və təlimatlandırıldığı barədə məlumat sızdırmışdı. Tehran bu savaşa bir "ölüm-dirim mübaribəsi" kimi hazırlaşıb. Hadisələrin hazırkı gedişatı göstərir ki, İranın başqa seçimi də yox idi: ya tam təslim olub ABŞ və İsrailin boyunduruğu altına girməli, ya da regionda varlığını qorumalı idi".

Ekspert deyir ki, yenidən "12 günlük müharibə" təcrübəsinə nəzər salsaq, o zaman İranın raket zərbələri kütləvi olsa da, dəqiqlik baxımından ciddi problemlər yaşanırdı. Ancaq hazırkı hərbi əməliyyatlar göstərir ki, İranın raket texnologiyası kifayət qədər təkmilləşib və hədəfləri yüksək dəqiqliklə vurur.

"Digər diqqətçəkən məqam isə tərəflərin müharibəyə yanaşma tərzidir. ABŞ və İsrail bu prosesə bir "cərrahi əməliyyat" kimi baxırdı: rəhbərliyi məhv et, generalları sıradan çıxar, xalq küçələrə axışsın və hakimiyyət dəyişsin. İran isə prosesə "total müharibə" kimi hazırlaşıb. Bu səbəbdən müttəfiqlərin addımları standart xarakter daşısa da, İranın cavabları fərqli və effektivdir. Əgər ABŞ-ın Yaxın Şərq və Körfəzdəki bazalarını, eləcə də HHM sistemlərini birinci eşalon hesab etsək, İran bu müdafiə xəttini tamamilə iflic edib. Körfəz ölkələrindəki radarları və ballistik raket izləmə sistemlərini sıradan çıxaran Tehran, indi həm hərbi bazaları, həm də təxliyə edilən hərbçilərin sığındığı hotelləri asanlıqla hədəf alır. Faktiki olaraq, İran dronları və raketləri ABŞ bazalarını "atış poliqonuna" çevirib. Xüsusilə təkmilləşdirilmiş "Şahed" dronları artıq təkcə HHM-i tükətmək üçün deyil, həm də birbaşa hədəf vurmaq üçün effektiv şəkildə istifadə olunur. Buna baxmayaraq, İranın zəif nöqtələri də az deyil. Əsas problem Hava Hücumundan Müdafiə (HHM) sistemləridir. Tehran kəşfiyyat dronlarını və az sayda raketi vura bilsə də, genişmiqyaslı hücumlar qarşısında bu yetərli deyil. Xüsusilə ABŞ-ın alçaqdan uçan qanadlı raketləri İranın HHM sistemlərinin effektivliyini minimuma endirir".

Onun sözlərinə görə, ABŞ və İsrail qırıcılarının İran səmasına birbaşa daxil olmaqdan çəkinməsi göstərir ki, Tehran S-300 və "HQ9-BE" sistemlərini strateji bunkerlərdə ehtiyatda saxlayır: "Bu riskin fərqində olan müttəfiqlər hava məkanına daxil olmağa cəsarət etmirlər. Həmçinin regiondakı HHM radarları sıradan çıxarıldığı üçün İran hətta özünün köhnə F-5-ləri və onun bazasında yığılmış "Saeqeh" və "Kovsar" qırıcıları ilə də hücumlar həyata keçirə bilir. Böyük ehtimalla İran bir neçə gün sonra Miq-29 və Su-35-lərdən də istifadə edəcək.
İranın strateji gedişlərindən biri də Hörmüz boğazı ilə bağlıdır. Əvvəllər bu, bir şantaj aləti idisə, hazırda boğaz real olaraq bağlanıb. Xəbərdarlığa məhəl qoymayan tankerlərin vurulması və xəbərdarlıq atəşləri Tehranın qətiyyətini göstərir. Hətta Səudiyyə Ərəbistanının neft infrastrukturuna endirilən zərbələr İranın "heç bir qırmızı xətt tanımayacağı" bəyanatının təsdiqidir".

S.Məmməd hesab edir ki, bu, İranın "B planı"dır, əgər ali lider öldürülməsəydi, bəlkə də İran daha balanslı müharibə ("A planı") aparardı: "İndi isə Tehran müharibənin coğrafiyasını qəsdən genişləndirir. Fransa hərbi bazasının, İraq Kürdüstanının vurulması buna xidmət edir. Xameneinin ölümü Pakistanda və İraqda kütlələri ayağa qaldırdı, Hizbullah və Husilər aktivləşdi. Xüsusilə İraq ərazisində quru döyüşlərinin başlanma ehtimalı çox yüksəkdir. Ərəb dünyasında isə Misirin Tehranı qınaması ciddiyə alınmır, çünki Fələstin faciəsinə səssiz qalan bir ölkənin "ərəb təəssübkeşliyi" gülünc görsənir. Müşahidələrim göstərir ki, ABŞ və İsrailin alternativ planı yoxdur. Onlar rəhbərliyin ölümü ilə xalqın ayağa qalxacağını gözləyirdilər, ancaq bu baş vermədi. İndi isə yalnız "tükətmə zərbələri" ilə kifayətlənirlər".

Mütəxəssisin fikrincə, müharibənin ilkin nəticələri olaraq demək olar ki, Körfəz ölkələri ABŞ-ın "təhlükəsizlik qarantiyasını" ciddi şəkildə sorğulayacaqlar.

"Əgər müharibə bu şərtlərlə bitsə, ABŞ Yaxın Şərqdə ağır nüfuz itkisi ilə üzləşəcək. İran üçün bu savaş insan ölümləri, eləcə də infrastruktur baxımından milyardlarla dollar və bərpası çətin itki demək olsa da, siyasi baxımdan onu regionun əsas söz sahibinə çevirəcək. Bundan sonra İrana qarşı addım atmaq istəyənlər 2 deyil, 50 dəfə düşünməli olacaqlar".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 Mart 2026 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri