Xamenei Trampa meydan oxudu: “İmzası dəyərsizdir”
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran ABŞ ilə əldə olunmuş memorandum üzrə bütün öhdəliklərini dayandırdığını rəsmən elan edib.
Sherg.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib.
Onun sözlərinə görə, Vaşinqton davam edən hücumlarla memorandum çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozub.
“Biz danışıqlar aparırdıq, lakin amerikalılar razılaşmanın şərtlərini pozaraq hücumlara başladılar. ABŞ faktiki olaraq bütün öhdəliklərini dayandırıb. Buna görə də biz də memorandum üzrə bütün öhdəliklərimizi askıya almışıq və hazırda onları icra etmirik”, - deyə Qəribabadi vurğulayıb.
O bildirib ki, İranın hazırkı əsas məqsədi ölkənin müdafiəsini təmin etmək və hücumlara cavab verməkdir.
Bu arada İranın ali rəhbəri Müctəba Xamenei də ABŞ-ni razılaşmanı pozmaqda ittiham edib.
“Donald Trampın imzası etibarsız və dəyərsizdir. İran xalqı və müqavimət cəbhəsi ABŞ-yə unudulmaz dərs verdi”, - deyə Xamenei bəyan edib.
Qeyd edək ki, İran tərəfi ilk dəfə rəsmi şəkildə memorandumun dayandırıldığını və sənədin heç bir müddəasının icra olunmayacağını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 18 İyul 2026 21:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















