Icma.az
close
up
RU
Xameneidən kritik çağırış: Xeybər döyüşü nədir? Müsəlman dünyası birləşir?

Xameneidən kritik çağırış: Xeybər döyüşü nədir? Müsəlman dünyası birləşir?

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrail–İran gərginliyinin pik həddə çatdığı bir vaxtda İranın Ali rəhbəri Əli Xameneinin açıqlamaları xüsusi diqqət çəkir. O, son paylaşımında “Həzrət Əli Zülfüqar qılıncı ilə Xeybərə dönür” ifadəsini işlədərək, simvolik olaraq İranın Xeybər döyüşünə başladığını bəyan edib. Bu ifadə, İranın öz mövcudluğunu qorumaq uğrunda yeni və daha sərt mərhələyə keçdiyini göstərir.

Xeybər döyüşü nədir və bu, İranın taleyinə, müharibənin gedişinə, İsrailin mövcudluğuna nə kimi təsir edə bilər?

Globalinfo.az-a danışan fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli bildirib ki, İsrail və İran arasında gərginlik bu günlərdə ən yüksək nöqtəyə çatıb:

“ABŞ bu münaqişədə bir tərəf kimi çıxış edir. Donald Tramp İran hökumətini təslim olmağa çağırıb və bunun üçün vaxt təyin edilib. Bu isə o deməkdir ki, İranda mövcud rejim üçün çox çətin günlər başlayıb. Hazırda rejim ölüm-qalım mərhələsindədir.

Belə bir məqamda İranın ali rəhbəri Əli Xameneinin sosial şəbəkələrdə Xeybər döyüşü ilə bağlı paylaşım etməsi təsadüfi deyil. Miladi təqvimi ilə 628-ci ildə, hicrətdən təxminən 6-7 il sonra baş vermiş Xeybər döyüşü müsəlmanlarla yəhudilər arasında olmuşdu. Xeybərdəki yəhudi tayfaları müsəlmanlara qarşı problemlər yaradır və digər ərəb tayfalarını da onlara qarşı qaldırırdılar. Həmin döyüşdə Peyğəmbərin kürəkəni və ən yaxın silahdaşı Həzrət Əli fəal şəkildə iştirak etmiş və nəticədə peyğəmbərin rəhbərlik etdiyi müsəlman ordusu qələbə qazanmışdı.


Faiq ƏləkbərliXamenei artıq anlayır ki, mövcud rejim təkbaşına davam gətirə bilməyəcək. Ona görə də yeganə çıxış yolu kimi şiə və sünni inancına mənsub müsəlmanları səfərbər etməyə çalışır. Məqsəd ABŞ və İsrailin mövcud İran rejimini devirməsinin qarşısını almaqdır.

ABŞ hər nə qədər arxa planda görünməyə çalışsa da, İran rejiminin dəyişdirilməsində və yerinə yeni qüvvələrin gətirilməsində maraqlıdır. Almaniya və Böyük Britaniya da bu məsələdə ABŞ-la eyni mövqedədir. Xameneinin son ümidi “Xeybər döyüşü” çağırışıdır. Əgər bu çağırış İran, İraq və digər ölkələrdə kifayət qədər dəstək tapmasa, yaxın vaxtlarda rejimin məğlubiyyəti qaçılmaz ola bilər. Əslində, Xamenei bununla cihad elan etmiş oldu”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 İyun 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri