Icma.az
close
up
RU
Xameneinin ölkədən qaçması ilə bağlı xəbərlərə REAKSİYA ÖZƏL

Xameneinin ölkədən qaçması ilə bağlı xəbərlərə REAKSİYA ÖZƏL

Icma.az bildirir, Bizim media portalına istinadən.

“Etirazlar və nümayişlər getdikcə genişlənir. Say baxımından hələ çox olmasa da, müxtəlif bölgələrə yayılıb və Tehran bazarında vəziyyət olduqca gərgindir. Bəzi şəhərlərdə, xüsusilə İranın qərb bölgələrində hadisələr silahlı qarşıdurmaya qədər gedib çıxıb”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Cənubi azərbaycanlı politoloq Aslan Sultani deyib.
 

MÖVZU İLƏ BAĞLI:
“Etirazlar şiddətlənsə, Xamenei Moskvaya qaçacaq” – SENSASİON İDDİA


İrandakı etiraz aksiyalarını şərh edən analitik bildirib ki, hazırda nə baş verəcəyini əvvəlcədən dəqiq demək çətindir.
Elə bir vəziyyət yaranıb ki, heç kim tam əminliklə gələcək barədə proqnoz verə bilmir:
“Ancaq bir məsələ artıq aydındır: İran dövləti və mövcud rejim sürətlə legitimliyini itirir, hətta demək olar ki, artıq itirib. Ölkədə iqtisadi vəziyyət son dərəcə ağırdır. İnsanların alıcılıq qabiliyyəti kəskin şəkildə azalıb, dolların məzənnəsi nəzarətdən çıxıb. Cəmiyyət artıq səbr həddinə çatıb və bu səbəbdən insanlar küçələrə çıxırlar. Bu proses isə təbii ki, İran hakimiyyətini ciddi şəkildə narahat edir”.
Sultani həmçinin İranın Ali liderinin Moskvaya köçməsi ilə bağlı xarici KİV-lərdə yer alan xəbərlərə də münasibət bildirib.
O, sözügedən xəbərlərin həqiqiliyini istisna etmir:
“Xameneinin Rusiyaya qaçması ilə bağlı iddiaları mən də eşitmişəm və oxumuşam. Bunun nə dərəcədə doğru olduğunu söyləmək çətindir, çünki istinad edilən mənbələr dəqiq deyil. Doğru da ola bilər, yanlış da. Amma ABŞ-ın İran hakimiyyətinə, xüsusilə də Xameneiyə son ultimatum verdiyi barədə söz-söhbətlər dolaşır. Onlar deyir ki, ya ölkəni tərk et, ya da hərbi zərbəyə məruz qalacaqsan.
Bu cür ssenarilər daha əvvəl də baş verib. İraqda, Liviyada, Suriyada və digər ölkələrdə. Nəticələri də hamıya məlumdur: müqavimət göstərənlər öldürülüb, qaçanlar isə taladıqları sərvətlərlə birlikdə ailələrini xilas ediblər. İndi Xameneinin hansı yolu seçəcəyi isə hələ bəlli deyil”.
Diqqət çəkən digər məqam isə İranda cənubi azərbaycanlıların yaşadığı ərazilərdə etirazların az olmasıdır.
“Cənubi Azərbaycan məsələsinə gəldikdə isə, məncə, Pezeşkianın bu prosesdə xüsusi rolu yoxdur. Cənubi Azərbaycan bu məsələyə daha ehtiyatlı və konservativ yanaşır. Bunun səbəbi tarixdən gələn təcrübədir: dəfələrlə inqilabların baş verməsinə baxmayaraq, nəticədə azərbaycanlılar hüquqsuz qalıblar. Bu səbəbdən Güney Azərbaycan “suyu üfürə-üfürə içir”, amma bu o demək deyil ki, susacaq. Zamanı gələndə öz sözünü deyəcək və öz maraqlarını açıq şəkildə ortaya qoyacaq.
Əgər rejim zəifləsə və ya çöküş baş versə, Cənubi Azərbaycan da prosesə uyğun şəkildə hərəkət edəcək.
Bu istiqamətdə Güney Azərbaycanda dostlarımız, milli fəallar və Azərbaycanyönlü aktivistlər artıq hazır vəziyyətdədirlər. Rejimin zəifləməsi və ya dağılması halında proseslər tədricən öz məcrasına düşəcək. Bizim əsas məqsədimiz bu mərhələdən mümkün qədər az zərərlə və itkisiz çıxmaqdır. Başqa real yol da yoxdur”, - deyə A.Sultani əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Yanvar 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri