Xameneinin taleyini kim həll edəcək?
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Vaşinqton İranda hakimiyyət dəyişikliyinə can atmır.
"Unikal" xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens deyib. O bildirib ki, İslam Respublikasının Ali Rəhbəri Əli Xameneinin taleyini İsrail həll etməlidir.
"Biz İranda rejim dəyişikliyinə can atmırıq və münaqişəni indiki miqyasından kənara çıxarmaq istəmirik", - deyə Vens bildirib.
O əlavə edib ki, yaxın illərdə ABŞ İranın nüvə proqramını tamamilə “dağıtmağa” çalışacaq. Eyni zamanda, Amerika hakimiyyəti İranda uzunmüddətli münaqişə və ya quru əməliyyatında maraqlı deyil.
İsrailin xarici işlər naziri Gideon Saar dünən deyib ki, İranda hakimiyyət dəyişikliyi hazırda yəhudi dövlətinin planlarında yoxdur.
İyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İranın Natanz, Fordo və İsfahandakı nüvə obyektlərinə kütləvi zərbələr endirib. İranın Fars xəbər agentliyinin məlumatına görə, Fordodakı obyekt cüzi ziyan görüb. MAQATE heç bir radiasiya emissiyası olmadığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 22 İyun 2025 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















