Icma.az
close
up
RU
Xameneiyə sui qəsd olsa... ABŞ nədən ehtiyat edir?

Xameneiyə sui qəsd olsa... ABŞ nədən ehtiyat edir?

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xameneini əsas hədəf kimi seçən İsrail dini liderin ölümünün İran rejiminin çökməsi ilə nəticələnəcəyini hesab etsə də, ABŞ bu məsələyə ehtiyatlı yanaşır. 

Tramp Xamenei ilə bağlı son açıqlamasında bəyan etdi ki, "onun yerini bilirlər, lakin asan hədəf olmasına baxmayaraq, hələlik öldürmək fikrində deyillər". 

Bu, psixoloji üstünlük qazanmaq və İranı masada təslim olmağa məcbur etmək üçün istifadə olunan blef də ola bilər. Lakin Vaşinqtonda Xemeneinin ölüm fərmanının verilmədiyi görünür. 

Və bunun bir neçə səbəbini təxmin etmək mümkündür.

1. Xameneinin öldürülməsi onun “şəhid” kimi qəbul edilməsi ilə nəticələnəcək və özündən sonra İranın “müqavimət hərəkatının” simvoluna çevriləcək;

2. Bu ölüm aktı İranda, eləcə də rejimin “müqavimət oxu” coğrafiyası olaraq gördüyü bölgədə dini emosiyaları çoşdura, XXI əsrin Kərbalası hekayələri üzərindən “zülmə qarşı birliyi” gücləndirə bilər;

3. Hətta İran rejimini tamamilə məğlub etmək mümkün olsa da, bunun Xameneinin ölümü ilə baş verməsi Vilayəti-Fəqih tərəfdarlarının “qisas istəklərini” davam etdirməsinə zəmin yarada bilər;

İsraildən fərqli olaraq, ABŞ Xameneinin ölümünü yox, masada təslim olmasını istəyir və bunun nəticələri İran rejimi üçün ölümdən daha betər olar. Çünki Xameneinin təslim olması ona və rəhbərlik etdiyi ideologiyaya təkcə İranda yox, “müqavimət oxu” adlandırdıqları coğrafiyada da inamı azaldacaq. Bu ssenari İranın bölgədəki ideoloji təsirinə ciddi zərbə ola bilər.

Asif Nərimanlı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 İyun 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri