Icma.az
close
up
RU
Xan qızının məclislərinə çağırıldı, tarın atası adlandırıldı... Onu niyə Sadıqcan çağırırdılar?

Xan qızının məclislərinə çağırıldı, tarın atası adlandırıldı... Onu niyə Sadıqcan çağırırdılar?

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün görkəmli tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın (Mirzə Əsəd oğlu Sadıq) anım günüdür.

Kulis.az bu münasibətlə İradə Sarıyevanın "Sadıqcan irsi və azərbaycançılıq..." yazısını təqdim edir.

Azər­bay­can­çı­lıq ide­o­lo­gi­ya­sı­nı ya­şa­dan, ifa­də edən məf­hum­lar sı­ra­sın­da mil­li mu­si­qi alət­lə­ri­miz, on­la­rın ifa­çı­la­rı xü­su­si yer tu­tur. Tar de­yən­də yad­da­şı­mız­da ta­ri­xi­mi­zin ne­çə-ne­çə sə­hi­fə­lə­ri və­rəq­lə­nir, da­hi sə­nət­kar­lar ya­da dü­şür. Tə­bii ki, bu­ra­da mü­a­sir Azər­bay­can ta­rı­nın ata­sı Sa­dıq­ca­nın adı­nı xü­su­si qeyd et­mə­li­yik.

Sa­dıq­can-Mir­zə Sa­dıq (əsl adı Mir­zə Sa­dıq Əsəd oğ­lu Sa­dıq­can) gör­kəm­li Azər­bay­can mu­si­qi­çi­si, tar­zən, bəs­tə­kar və ta­rı tək­mil­ləş­di­rən sə­nət­kar ki­mi ta­ri­xə dü­şüb. Bu qüd­rət­li şəx­siy­yət vir­tu­oz tar­zən ki­mi Qaf­qaz­da və İran­da ge­niş şöh­rət qa­za­nıb. Təd­qi­qat­çı­la­rın yaz­dı­ğı­na gö­rə, ta­rı tək­mil­ləş­di­rə­rək ona cin­gə­nə və kök sim­lə­ri əla­və edib, sim­lə­rin sa­yı­nı 5-dən 11-ə çat­dı­rıb. Sa­dıq­can ilk də­fə ta­rı si­nə­də (əv­vəl­lər ta­rı diz üs­tün­də ça­lar­dı­lar) çal­ma­ğa baş­la­yıb. Təd­qi­qat­çı­lar ya­zır ki, məhz onun tək­mil­ləş­dir­di­yi Azər­bay­can ta­rı Qaf­qaz­da və Or­ta Asi­ya­da ge­niş ya­yı­la­raq Azər­bay­ca­nın mu­si­qi sim­vo­lu­na çev­ri­lib.

Mir­zə Sa­dıq Əsəd oğ­lu Sa­dıq­can 1846-cı il­də Şu­şa şə­hə­rin­də ka­sıb bir ai­lə­də ana­dan olub. Mə­lu­mat­la­ra gö­rə, bü­tün şu­şa­lı­lar ki­mi, Sa­dıq da ki­çik yaş­la­rın­dan öz gü­cü­nü xalq mah­nı­la­rı­nın və mu­ğam­la­rı­mı­zın ifa­sı sa­hə­sin­də sı­na­yır. Təd­qi­qat­çı­la­rın bil­dir­di­yi­nə gö­rə, mə­hər­rəm­lik tə­zi­yə­lə­ri za­ma­nı te­atrlaş­dı­rıl­mış şə­bih ta­ma­şa­la­rın­da iş­ti­rak et­mək və mər­si­yə­lər oxu­maq sa­vab sa­yıl­dı­ğın­dan, ev­lə­ri­nə ta­nın­mış mər­si­yə­xan və xa­nən­də­lər də­vət edə bil­mə­yən ka­sıb ai­lə­lər öz öv­lad­la­rı­nı uşaq yaş­la­rın­dan oxu­ma­ğa öy­rə­dir­di. Ya­zı­lan­la­ra gö­rə, hət­ta bun­dan öt­rü Şu­şa­da məx­su­si mu­si­qi məc­lis­lə­ri və mək­təb­lər də var­dı. Təd­qi­qat­çı­la­rın yaz­dı­ğı­na gö­rə, de­mək olar ki, bü­tün ta­nın­mış xa­nən­də və mu­si­qi­çi­lər şa­gird gö­tü­rüb öy­rə­dir­di. Hə­min məc­lis və mək­təb­lər­dən çı­xan mə­zun­la­rın bir ço­xu son­ra­lar bü­tün Şərqdə məş­hur­la­şıb, toy­lar­da, kon­sertlər­də, el şən­lik­lə­rin­də hör­mət qa­za­nıb.

O vaxt Şu­şa­da se­çi­lib-sa­yı­lan mü­əl­lim­lər­dən bi­ri də Xar­rat Qu­lu Mə­həm­məd oğ­lu idi. O, Şərq mu­si­qi­si­ni gö­zəl bi­lir­di, yax­şı yad­da­şa ma­lik idi, şe­ir ya­zır, mu­si­qi bəs­tə­lə­yir­di, vo­kal sə­nə­ti­nin təd­ri­si üçün özü­nə­məx­sus ef­fektli bir me­to­di­ka ya­rat­mış­dı. Mir­zə Sa­dı­qı da Xar­rat Qu­lu­ya şa­gird ve­rir­lər. On sək­kiz ya­şın­da sə­si­ni itir­sə də, us­ta­dı­nın ya­nın­da qa­zan­dı­ğı bi­lik­lər Mir­zə Sa­dı­qın gə­lə­cək fə­a­liy­yə­tin­də müs­təs­na rol oy­na­yır. Bun­dan son­ra o, tü­tək, ney, ka­man­ça və tar çal­ma­ğı öy­rə­nir. Bun­la­rın ha­mı­sın­da öz gü­cü­nü sı­na­yan­dan son­ra ta­rın üzə­rin­də da­ya­nır. Gör­kəm­li Şu­şa tar­zə­ni Mir­zə Əli Əs­gə­rin rəh­bər­li­yi al­tın­da bu alət­də çal­ğı­nın bü­tün in­cə­lik­lə­ri­nə yi­yə­lə­nir.

Fi­ru­din bə­yin yaz­dı­ğı­na gö­rə, "İri əl­lə­ri, uzun və güc­lü bar­maq­la­rı olan Sa­dıq tez bir za­man­da bu sə­nə­ti ta­mam-ka­mal mə­nim­sə­yir və hət­ta us­ta­lıq­da mü­əl­li­mi­ni də ke­çir".

Təd­qi­qat­çı­lar ya­zır ki, bə­zən Sa­dıq ça­lan­da Əs­gər ah çə­kib de­yər­miş: "Al­la­hın al­tın­da mə­nim var-döv­lə­tim Sa­dıq­da, onun bar­maq­la­rı mən­də olay­dı".

Mir­zə Sa­dıq Mir­zə Əli Əs­gə­rin an­samblın­da ikin­ci rol­da olan ka­man­ça ça­lır. La­kin bir də­fə mü­əl­li­mi xəs­tə­lə­nir və Sa­dıq tar­da ça­lıb öz fe­no­me­nal ba­ca­rı­ğı­nı nü­ma­yiş et­dir­mək im­ka­nı ta­pır. Bu uğur­dan ruh­la­nan Sa­dıq bun­dan son­ra özü­nü bü­töv­lük­də ta­ra həsr edir və öz us­ta­lı­ğı­nı get-ge­də da­ha da ar­tı­rır. Onun ifa­çı­lıq tex­ni­ka­sı bü­tün im­kan­la­rın hü­dud­la­rı­nı aşır­dı.

Mir­zə Sa­dı­qın ya­ra­dı­cı­lı­ğı haq­qın­da ya­zan təd­qi­qat­çı­lar qeyd edir ki, o, Şu­şa­da­kı məş­hur ədə­bi və mu­si­qi­li məc­lis­lə­rin işin­də fə­al iş­ti­rak edir. Onun məş­hur mu­si­qi­şü­nas Mir Möh­sün Nəv­va­bın ya­rat­dı­qı "Məc­li­si-Fə­ra­mu­şan" və "Məc­li­si-xa­nən­də"nin, ha­be­lə Xur­şid­ba­nu Na­tə­va­nın məc­lis­lə­ri­nin yı­ğın­caq­la­rı­na da­ha tez-tez gəl­di­yi söy­lə­nir. Təd­qi­qat­çı­lar ya­zır ki, hə­min yı­ğın­caq­lar­da mü­ğən­ni və mu­si­qi­çi­lər sı­naq­dan ke­çi­ri­lir, mu­si­qi nə­zə­riy­yə­si­nə da­ir prob­lem­lər mü­za­ki­rə olu­nur, po­e­tik əsər­lə­rin ilk oxu­nuş­la­rı ke­çi­ri­lir, mü­sa­bi­qə və ya­rış­lar olur­du. Mir­zə Sa­dı­qın adı ar­tıq qon­şu öl­kə­lə­rə də ya­yı­lır­dı. Onu xalq ara­sın­da "Sa­dıq­can" ça­ğı­rır­dı­lar.

Be­lə bir şə­rəf Mir­zə Sa­dıq­dan baş­qa bir də məş­hur mü­ğən­ni Əb­dül­ba­qi Zü­la­lo­va mü­yəs­sər olub. Be­lə ki, onu da Bül­bül­can ça­ğır­mış­lar.

Mir­zə Sa­dıq əv­vəl­cə ka­man­ça­ça­lan Ata Bağ­da­gül oğ­lu ilə bir­lik­də Şər­qin bö­yük mü­ğən­ni­si Ha­cı Hü­sü­nü mü­şa­yi­ət edir, son­ra isə şu­şa­lı xa­nən­də Mə­şə­di İsi­nin üç­lü­yü­nə ke­çir. 1880-ci il­də onu üç­lü­yün tər­ki­bin­də Təb­ri­zə, Nəs­rəd­din şa­hın oğ­lu Mü­zəf­fə­rəd­din Qa­car Mir­zə­nin toy məc­li­si­nə də­vət edir­lər. Toy­da çox sə­nət­kar ça­lıb-oxu­yur. La­kin Ha­cı Hü­sü ən yax­şı xa­nən­də, Sa­dıq­can isə ən gö­zəl tar­zən sa­yı­la­raq, fəx­ri "Şi­ri-Xur­şid" or­de­ni ilə təl­tif olu­nur. Təb­riz­də ikən bir məş­hur tar­zən Sa­dıq­ca­nı ya­rı­şa ça­ğı­rır. Sa­dıq bir şərtlə ra­zı olur ki, ta­rın qo­lun­da­kı bü­tün gös­tə­ri­ci­lə­ri kəs­sin­lər. Bu­nu gö­rən rə­qi­bi ya­rış­dan im­ti­na edir və onun sehrli bar­maq­la­rın­dan öpür.

Ba­kı­da­kı mu­si­qi məc­li­si­nin rəh­bə­ri Mə­şə­di Mə­lik Man­su­ro­vun oğ­lu, ta­nın­mış tar­zən Mə­şə­di Sü­ley­man Man­su­rov öz xa­ti­rə­lə­rin­də ya­zır: "Mir­zə Sa­dıq o döv­rün ən məş­hur tar­zə­ni idi. Onun mö­cü­zə­vi çal­ğı­sı in­san­la­rı ahən­rü­ba ki­mi özü­nə cəlb edir­di. Təc­rü­bə­li vir­tu­oz çox vaxt miz­rab­sız ça­lır, ta­rı çə­nə­si­nə sı­xır­dı. Sol əli­nə ağır­lıq düş­mə­sin de­yə, o ta­rı müm­kün qə­dər yu­xa­rı qal­dı­rır­dı. Bə­zən də co­şa­raq, ta­rı boy­nu­nun ar­dı­na qo­yub ça­lır­dı. Onun çal­ğı­sı­nın sə­si­nə quş­lar də gə­lir­di".

Mu­si­qi hə­vəs­ka­rı Əb­dül­hə­mid Ba­ba­yev öz xa­ti­rə­lə­rin­də be­lə ya­zır: "Mən Sa­dıq­ca­nı ilk də­fə 1897-ci il­də bi­zim Ba­kı qa­la­sın­da gör­düm. Bü­tün Qaf­qaz­da be­lə gö­zəl bir tar­zən yox idi. Sa­dıq özü də gö­zəl gör­kəm­li bir ki­şi idi: hün­dür­boy, en­li­kü­rək, möh­kəm bə­də­ni var­dı. Məc­lis­lər­də özü­nü təm­kin­li və nə­cib apa­rır­dı. Adam­lar da ona çox bö­yük hör­mət bəs­lə­yir­di. Onun sol əli o qə­dər güc­lü idi ki, Sa­dıq­can çox vaxt miz­rab­sız ça­lır­dı".

Mə­lu­mat­la­ra gö­rə, sə­nət­kar toy­lar­da, kon­sertlər­də, qə­bul­lar­da, zi­ya­fət­lər­də, həm­çi­nin Ba­kı və Şu­şa­da Azər­bay­can və İran qastrol­çu­la­rı­nın qoy­duq­la­rı ta­ma­şa­la­rın fa­si­lə­lə­ri za­ma­nı ça­lır, özü də Qaf­qa­za, Or­ta Asi­ya və İra­na tez-tez qastrol sə­fər­lə­ri­nə ge­dir, bu öl­kə­lər­də­ki mu­si­qi məc­lis­lə­rin­də iş­ti­rak edir­di. Bir də­fə onu xa­nən­də Ha­cı Hü­sü­nün üç­lü­yü ilə bir­lik­də Şa­ma­xı­ya, Mah­mud ağa­nın bu­ra­da fə­a­liy­yət gös­tə­rən məc­li­si­nə də­vət edir­lər. Qo­naq­lar məc­lis üzvlə­ri və şə­hər zi­ya­lı­la­rı tə­rə­fin­dən bö­yük bir tən­tə­nə ilə qar­şı­la­nır. An­caq mü­əy­yən sə­bəb­lər uc­ba­tın­dan Mir­zə Sa­dıq tez­lik­lə Şu­şa­ya qa­yıt­ma­lı olur.

Qaf­qa­zın bi­rin­ci tar­zə­ni ki­mi xa­rak­te­ri­zə edi­lən sə­nət­kar haq­qın­da "Kaf­kazsko­ye oboz­re­ni­ye" qə­ze­ti ya­zır­dı: "Onun çal­ğı­sı sə­lis, ar­tis­tik ba­xım­dan də­qiq­dir. Sə­nət­ka­rın ca­zi­bə qüv­və­si isə güc­lü­dür. Əgər Tif­lis­də­ki bəs­tə­kar­lar onun bu­ra­da ol­ma­sın­dan is­ti­fa­də edib Sa­dıq­dan Şərq mo­tiv­lə­ri­ni mə­nim­sə­sə idi, on­la­rın ye­ni bəs­tə­lə­ri üçün yax­şı ma­te­ri­a­la çev­ri­lə bi­lər­di".

Təd­qi­qat­çı­lar vur­ğu­la­yır ki, Mir­zə Sa­dıq ar­tıq özü­nün tar­zən­lik ba­ca­rı­ğı­nın ən yük­sək zir­və­sin­də ol­du­ğu­nu an­la­ya­raq cid­di-cəhdlə bu qə­dim alə­ti tək­mil­ləş­dir­mək və on­da çal­ğı ma­ne­ra­sı­nı də­yiş­dir­mək üçün yol­lar ax­tar­ma­ğa baş­la­yır. Onu na­haq ye­rə Mir­zə Sa­dıq, yə­ni alim Sa­dıq ad­lan­dır­ma­mış­lar. Sə­nət­ka­rın ana­li­tik ağ­lı bir ne­çə il­də hə­min işin də öh­də­sin­dən gəl­mə­si üçün ona im­kan ver­di. Sa­dıq­ca­na qə­dər ta­rı diz üs­tün­də ça­lır­dı­lar. O özü­nün vir­tu­oz ba­ca­rı­ğın­dan is­ti­fa­də edə­rək ilk də­fə ta­rı si­nə­si­nə qal­dır­dı. Mir­zə Sa­dıq həm­çi­nin ta­rın sim­lə­ri­ni ço­xal­da­raq, on­la­rın yer­ləş­mə­si­ni də­yiş­di. Bun­dan baş­qa o həm də ta­rın ça­naq qu­ru­lu­şu­nu də­yi­şə­rək, onun möh­kəm­li­yi­ni ar­tır­maq­la alə­tin ümu­mi çə­ki­si­ni azaltmış ol­du. Sa­dıq­ca­nın re­konstruk­si­ya­sı­na qə­dər ta­rın 5 si­mi var­dı. O, sim­lə­rin sa­yı­nı on bi­rə çat­dır­dı, ar­tıq ton­la­rı gö­tü­rüb tar­da cə­mi­si 17 ton sax­la­dı. Mu­si­qi­çi­lər bun­dan son­ra ye­ni­ləş­miş ta­rı "mö­cü­zə", Sa­dıq­ca­nı isə "ta­rın ata­sı" ad­lan­dır­ma­ğa baş­la­dı­lar. Sə­nət­ka­rın gə­tir­di­yi ye­ni­lik­lər tar ifa­çı­lı­ğı mə­də­niy­yə­ti­ni da­ha yük­sək sə­viy­yə­yə qal­dır­dı, onun səs­lən­mə­si­ni da­ha şi­rin və par­laq et­di.

Təd­qi­qat­çı­lar ya­zır ki, Mir­zə Sa­dıq həm də is­te­dad­lı bir bəs­tə­kar idi. O, "Or­ta Se­gah" və "Ba­ya­tı Şi­raz" mu­ğam­la­rı­na bir ne­çə rəng bəs­tə­lə­miş­di. Bu və di­gər mu­ğam­la­rın tər­ki­bi­nə da­xil ol­muş mu­si­qi pyes­lə­ri on­la­rın dol­ğun­laş­ma­sın­da mü­hüm rol oy­na­yıb.

Mir­zə Sa­dıq həm də 1897-ci il­də Şu­şa­da di­ni "şə­beh" üs­lu­bun­da mu­si­qi­li "Ley­li və Məc­nun" ta­ma­şa­sı­nın qo­yul­ma­sın­da ya­xın­dan iş­ti­rak edib. Son­ra­lar Üze­yir Ha­cı­bə­yo­vun da yaz­dı­ğı ki­mi, hə­min ta­ma­şa da "şə­beh"lər ki­mi dün­ya­da bən­zə­ri ol­ma­yan Azər­bay­can mu­ğam ope­ra­sı­nın ya­ran­ma­sın­da əhə­miy­yə­ti olub. Elə bu­ra­da­ca qeyd olun­ma­lı­dır ki, XVII-XVIII əsrlər­də Azər­bay­can­da ol­muş Av­ro­pa səy­yah­la­rı xan sa­ray­la­rın­da be­lə ta­ma­şa­la­rı gör­dük­dən son­ra on­la­rın öz kom­po­zi­si­ya və qu­ru­lu­şu eti­ba­ri­lə Av­ro­pa ope­ra­la­rı­na bən­zə­di­yi­ni gös­tə­rib.

Təd­qi­qat­çı­lar ya­zır ki, onun Azər­bay­can mu­si­qi­si­nin in­ki­şaf ta­ri­xin­də­ki ro­lu əvə­ze­dil­məz­dir. Əf­ra­si­yab Bə­dəl­bəy­li sə­nət­kar haq­qın­da de­yir­di: "Əgər nə­zə­rə al­saq ki, mu­ğam­la­rın ifa­sın­da tar çal­ğı alət­lə­ri içə­ri­sin­də əsas­dır, on­da Mir­zə Sa­dı­qın ta­rı­nın son nə­ti­cə­də Azər­bay­can mu­si­qi sə­nə­ti­nin in­ki­şa­fın­da dö­nüş ya­rat­dı­ğı­nı inam­la de­mək olar. Mir­zə Sa­dıq­dan baş­la­ya­raq, Azər­bay­can mu­ğam­la­rı­nın ma­hiy­yə­ti, on­la­rın ifa­də va­si­tə­lə­ri, tə­sir gü­cü və ifa üsul­la­rı ye­ni bir mər­hə­lə­yə qal­xıb. Mir­zə Sa­dıq Azər­bay­can mu­si­qi­si ta­ri­xin­də ye­ni bir sə­hi­fə açıb".

Sa­dıq­can 1901-çi il­də Şu­şa­da təş­kil olun­muş Bi­rin­ci Şərq kon­ser­tin­də iş­ti­rak edir. Ora­da ilk də­fə tar­da "Ma­hur" mu­ğa­mı­nı tək, so­lo ifa edir. Üs­tün­dən bir il ke­çən­dən son­ra isə doğ­ma şə­hə­ri Şu­şa­da dün­ya­sı­nı də­yi­şir.

Gör­kəm­li mu­si­qi­şü­nas Fi­ru­din Şu­şinski tar­zən Sa­dıq­ca­na həsr et­di­yi ya­zı­sın­da qeyd edir­di ki, gənc Sa­dı­qın adı hər yan­da - Azər­bay­ca­nın bir çox şə­hər­lə­rin­də, hət­ta Gür­cüs­tan­da və İran­da Ha­cı Hü­sü, Mə­şə­di İsi, Keş­taz­lı Hə­şim, Mir­zə Mə­həm­məd, Hə­sən, Əb­dül­ba­qi (Bül­bül­can) və Cab­bar Qar­yağ­dı oğ­lu ki­mi gör­kəm­li xa­nən­də­lər­lə ya­na­şı çə­ki­lib: "Sa­dıq Cə­nu­bi Qaf­qaz xalqla­rı ara­sın­da bö­yük şöh­rət qa­zan­mış bir sə­nət­kar idi. Onun "Sa­dıq­can" ad­lan­ma­sı da bu şöh­rət və mə­həb­bət­lə əla­qə­dar­dır. Xalq rəs­sa­mı Lə­tif Kə­ri­mo­vun "Mu­si­qi lü­ğə­ti­nin iza­hı"na aid əl­yaz­ma­la­rın­dan mə­lum olur ki, XVIII əsrdən eti­ba­rən Ya­xın Şərq öl­kə­lə­rin­də, o cüm­lə­dən Azər­bay­can­da xalq tə­rə­fin­dən yük­sək də­rə­cə­də se­vi­lən və qiy­mət­lən­di­ri­lən xa­nən­də və sa­zən­də­lə­rə "can" ki­mi yük­sək ad və ya­xud tə­xəl­lüs ve­ri­lər­di. Bu tə­rif­li adı qa­zan­maq şə­rə­fi Sa­dı­qa və məş­hur xa­nən­də­miz Əb­dül­ba­qi Zü­la­lo­va (Bül­bül­ca­na) mü­yəs­sər olub".

Sa­dıq­can Azər­bay­can mil­li mu­si­qi­sin­də mi­sil­siz rol oy­na­yan da­hi sə­nət­kar ki­mi ta­rix­də iz qo­yub. Ta­rı diz­dən si­nə üs­tü­nə qal­dı­ran Sa­dıq­can bö­yük bir azər­bay­can­lı ki­mi mil­li ide­o­lo­gi­ya­mı­za, mə­nə­vi də­yər­lə­ri­mi­zə mi­sil­siz xid­mət gös­tə­rib.
Ta­rix­də adı qa­lan sə­nət­kar Sa­dıq­can ne­çə əsr son­ra da xa­tır­la­na­caq. Çün­ki onun öm­rü tar­da da­vam edə­cək.

"Mənə güc verən konslagerdəki bir insana olan sevgim idi…" - Gestapo istintaqında səsini itirən Nobel mükafatçısı Məşhur aktyorun həbsində təqsirli bilinən həkim həbs edildi Anar Məmmədxanovun ailəsində ağır itki
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://kulis.az
archiveBu xəbər 29 Dekabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see198

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see156

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see137

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see132

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri