“Xan Yaşma” idmançıları Xankəndini uğurla təmsil ediblər FOTOLAR
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xankəndi şəhərini təmsil edən “Xan Yaşma” idman klubunun yetirmələri müxtəlif döyüş yarışlarında uğurlu nəticələr göstəriblər.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, AFC Liqasının Respublika turnirində klub 7 idmançı ilə təmsil olunub.
Yarışın nəticələrinə əsasən Umar Xəlilli, Süleyman Teymurov, Rasim Əsədzadə və Səməd Səmədzadə birinci yerə layiq görülüblər.
Klubun digər təmsilçiləri Məsud Həsənəliyev, Nurani Qədimzadə və Musab Xəlilli isə yarışda ikinci yeri tutublar. “Xan Yaşma” idman klubunun uğuru ASED 43 seriyasında da davam edib.
Klubun peşəkar döyüşçüsü Amin Qəhrəmanov rəqibi ilə qarşılaşmada qələbə qazanıb. O, rəqibini cəmi 25 saniyəyə nokautla məğlub edib.
Bu, Amin Qəhrəmanovun peşəkar karyerasında ikinci döyüşü və ikinci qələbəsidir.
Qeyd edək ki, “Xan Yaşma” idman klubunun baş məşqçisi Əli İsgəndərov Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) mənsubu olub və 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.
Onun rəhbərliyi ilə klubun idmançıları müxtəlif yarışlarda Xankəndi şəhərini təmsil edirlər.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 28 Sentyabr 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















