Xanabad kəndində 161 ev tam hazır vəziyyətə gətiriləcək VİDEO
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 27 fevral, AZƏRTAC
“Xocalının Xanabad kəndində ilk köç fevral ayında reallaşıb və ilkin mərhələdə buraya 154 nəfərdən ibarət 38 ailə qayıdıb”.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.
Onun sözlərinə görə, ilin sonunadək Xanabad kəndində 161 ev tam hazır vəziyyətə gətiriləcək. “İlin sonunadək isə daha 41 ev tikiləcək. Burada insanların rahat, təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılıb. Təbii ki, burada söhbət sosial infrastrukturun qurulmasından gedir. Elektrik, qaz xətləri bərpa olunub, bəziləri yenidən çəkilib. Hazırda Xanabad kəndində üç transformator məntəqəsi var. İnsanların içməli su ilə təminatını yaxşılaşdırmaq üçün su anbarları, subartezian quyuları təmir olunub”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:285
Bu xəbər 27 Fevral 2026 23:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















