Icma.az
close
up
RU
Xanım hərbçimiz rütbəsinin verilmədiyini iddia edir

Xanım hərbçimiz rütbəsinin verilmədiyini iddia edir

Icma.az bildirir, Sonxeber.az portalına istinadən.

Xanım hərbçimiz rütbəsinin verilmədiyini iddia edir

Müdafiə Nazirliyinin hərbi qulluqçusu çavuş Ş.R-in anası Elmira Rəsulova qızına düşən hərbi rütbənin 3 ildir verilmədiyini iddia edir.

"Qafqazinfo"ya müraciət edən ana qızının nazirliyə məxsus hərbi hissələrdən birində operator vəzifəsində çalışdığını və zabit kursunu müvəffəqiyyətlə başa vurduğunu qeyd edib.

O, ixtisasca hüquqşünas olan qızının 3 ildir leytenant rütbəsi almalı olduğunu, lakin məlum olmayan səbəblərdən bunun yubadıldığını deyir: "Qızım ali təhsillidir və idmançıdır. Müdafiə nazirinin 2021-ci ildə verdiyi əmr və Kadrlar İdarəsinin rəisinin imzası ilə vurulmuş telefonoqramla 6 qadın hərbi qulluqçu 25.11.2021-ci il tarixdən 6 ay müddətinə Pakistanın Hərbi Akedemiyasına zabit kursuna göndərildilər. Telefonaqramda kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara leytenant hərbi rütbəsinin veriləcəyi qeyd edilməklə öhdəlik götürülüb. Həmin 6 qızdan 3 nəfəri geri qayıtdıqdan sonra onlara leytenant rütbəsi verilib. Qızım Ş.R. isə akademiyanı nəinki müvəffəqiyyətlə və yaxşı xasiyyətnamə ilə, hətta fərqlənmə medalı ilə bitirməsinə baxmayaraq ona rütbə verilməyib. Bu məsələ ilə bağlı 3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da, heç bir cavab verilmir".

Elmira Rəsulova bildirib ki, məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət ediblər və oktyabrın 31-də məhkəmə prosesi başa çatıb: "31 oktyabrda hakim Emin Abdullayevin sədrliyi ilə qızımın Müdafiə Nazirliyinin götürdüyü öhdəliyə əsasən, Pakistanın Hərbi Akademiyasına göndərməsi və qayıtdıqdan sonra leytenant hərbi rütbəsinin verilməsinin qanunsuz olaraq uzadılması və verilməməsi barədə qaldırdığı iddiaya baxıldı. Məhkəmə prosesində hakim mənim nümayəndə kimi çıxışıma mane oldu. Proses zamanı iki dəfə hər biri 15-20 dəqiqə olmaqla fasilə elan etdi. İşə baxılan müddətdə Müdafiə Nazirliyi rəsmi olaraq iddiamıza etiraz vermədi. Qızımın rütbə alması üçün lazım olan bütün sənəd və sübutları məhkəməyə təqdim edərək ona rütbə verilməsinə şərait yaratdı. Həmçinin nazirliyin nümayəndəsi heç bir prosesə gəlmədi. Nazirliyin və bizim təqdim etdiyimiz bütün sənəd və sübutlar qızımın iddiasının təmin olunmasına şərait yaratsa da, bizim iddiamız təmin edilmədi".

Şikayətçi əlavə edib ki, qızı və digər hərbçilər Pakistana 6 aylıq ezam olunarkən Müdafiə Nazirliyi onlara ezamiyyət haqqı da ödəməyib: "Biz xərcləri özümüz qarşılamalı olduq və nazirliyin ezamiyyət pullarını ödəməməsi ilə bağlı da mülki qaydada məhkəmədə iddia qaldırmışıq. Bununla yanaşı, 2-ci Qarabağ müharibəsinin iştirakçısı kimi qızıma veteranlıq verilmişdi, bir il ərzində aylıq 80 manat müavinət aldı. Sonra vəsiqə və medalların verilməsinə başlandı. Lakin qızıma heç bir medal və veteranlıq vəsiqəsi verilmədi, hətta heç bir əsas və əmr olmadan veteranlıq müavinəti də dayandırıldı. Hazırda veteranlıq statusu rəsmi olaraq qüvvədədir. Bununla bağlı da Bakı İnzibati Məhkəməsində ayrıca iddia qaldırmışıq".

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən saytımıza bildirildi ki, hazırda Ş.R-in məsələsi məhkəmədə müzakirə edilir.

Bakı İnzibati Məhkəməsindən isə sorğumuza cavab olaraq deyildi ki, tərəf qərardan narazıdırsa, yuxarı instansiya məhkəməsinə müraciət edə bilər.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 26 Noyabr 2024 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri