Icma.az
close
up
RU
Xanımın saçının qırxılması simvolik bir güc nümayişidir Sosioloqdan maraqlı ANALİZ

Xanımın saçının qırxılması simvolik bir güc nümayişidir Sosioloqdan maraqlı ANALİZ

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yusif Nəbiyev: Burada qadına “səni cəmiyyət qarşısında utandırıram, biabır edirəm” mesajı verilir

Masallı rayonunda qeyri-rəsmi nikahda yaşadığı qadına qarşı zorakılıq əməlləri törətmiş şəxs həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə mayın 2-də Masallı şəhəri Hakimiyyət küçəsindəki evdə baş verib.

1981-ci il təvəllüdlü Anar Məmmədli qeyri-rəsmi nikahda yaşadığı Gülər Səmədovanı (ad-soyad şərtidir) döyərək əl-qolunu bağlayıb. O, ülgüclə G.Səmədovanın saçını qırxıb.

G.Səmədova gecə saat 23 radələrində ona qarşı törədilmiş hadisə ilə bağlı polisə müraciət edib. Təxminən 3 saat sonra A.Məmmədli saxlanılıb. O, saxlanılarkən müqavimət göstərərək səs-küy salıb, ünvansız söyüşlər söyməyə başlayıb.

Anar barəsində inzibati protokol tərtib edilib və Masallı Rayon Məhkəməsinə göndərilib. A.Məmmədli məhkəmədə hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. 

Məhkəmənin qərarı ilə ona 8 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, hazırda həmin şəxsin qadına qarşı hüquqazidd əməli ilə bağlı araşdırma aparılır.

Sosioloq Yusif Nəbiyev Sherg.az-a bildirib ki, ilk olaraq onu deyim ki, bu hadisəni eşidəndə bütün elmi və ya ixtisas kimliklərindən müstəqil olaraq, sırf bir Azərbaycan kişisi olaraq ikrah və təəssüf hissi keçirdim:


“Bu hadisə (xanımın saçının qırxılması) sadəcə fiziki bir akt deyil, simvolik bir güc nümayişidir. Bourdieu bunu “simvolik zorakılıq” adlandırır. Bu, zorakılığın elə bir formasıdır ki, nə zorakılığı edən, nə də ona məruz qalan onu açıq şəkildə zorakılıq kimi qəbul etmir. Burada qadına “səni cəmiyyət qarşısında utandırıram, biabır edirəm” mesajı verilir.  Fikir versək, burada tərəflərin qeyri-rəsmi nikahda olmaları məsələsi də təsadüfi deyil. Qeyri-rəsmi nikah, hüquqi tanınma olmadan, qadının cəmiyyət və dövlət qarşısında müdafiəsiz qalması deməkdir. Belə münasibətdə qadın hüquqsuz, sosial təhlükəsizlikdən məhrum və kişidən tam asılı vəziyyətdə olur. Mədəni səviyyədə isə bu, qadının statusunun qeyri-müəyyən qalmasına, kişiyə isə sanki öz "mülkü" üzərində tam sərəncam hüququ verir.  Bu cür hadisələrin kökündə duran əsas sosial səbəb isə gender rollarının hələ də köhnəlmiş kodlarla yaşamasıdır. Çünki, burada da kişi “əxlaq keşikçisi”, qadın isə “ailənin şərəf daşıyıcısı” kimi görülür. Bu kodlar dəyişmədikcə, bu tip zorakılıqlar da baş verəcək. Üstəlik fərdi və lokal hadisə kimi yox, sistematik sosial repressiya olaraq.  Düşünürəm ki, bu hadisəyə, əslində, böyük bir sosial nizamsızlığın simptomudur. Və təəssüf ki, hüquqların tanınmadığı "sevgi" fonunda qeyri-rəsmi münasibətlərdə qadının daha da zəifləməsi və kişinin öz gücündən şəxsi mülkiyyət refleksi ilə istifadə etməsi halları qaçılmazdır. Yəni, bu problemi sadəcə 8 sutkalıq bir cəza ilə kökündən həll etmək mümkün deyil. Mütləqdir ki, cəmiyyətin dərin düşüncə kodlarında köklü dəyişikliklər edilməli və münasibətlərin hüquqi zəmində tənzimlənməsinin yolları asanlaşdırılmalıdır. İstər hüquqi, istər mədəni maarifləndirmə proqramları vasitəsilə problemə konstruktiv yanaşma tətbiq olunmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 May 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri