Icma.az
close
up
RU
Xankəndi inkişafının yeni dövrünə qədəm qoyur TƏHLİL

Xankəndi inkişafının yeni dövrünə qədəm qoyur TƏHLİL

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanımızın qədim diyarı olan Xankəndi yaxın vaxtlarda bünövrəsinin qoyulmasının 280 illiyini qeyd edəcək. Xanların istirahət məskəni olaraq inşa edilən şəhər müxtəlif dövrlərdə yadellilərin işğalına məruz qalmışdır. Ancaq heç zaman əyilməmiş, ayaqda durmağı bacarmışdır. 30 il erməni işğalı zaman şəhərin milli ornamentini, xüsusiyyətini, memarlıq üslubunu, xalqımıza məxsus incəliklərini dəyişməyə cəhd edilsə də, buna nail ola bilməmişlər. Sanki şəhər vəhşilərə müqavimət göstərmiş, təsirli münasibəti ilə öz əzəmətini qoruyub, saxlaya bilmişdir. Millətimizin müəyyən səbirsiz təbəqəsi kimi “Xanın kəndi” də 30 il gözləmişdir. Nəhayət, gün yetişdi və Fateh Sərkərdə, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz işğal altında olmuş bir sıra ərazilərimiz kimi Xankəndini də terrorçulardan təmizləməyə nail oldu. 2023-cü il oktyabrın 15-də Fateh Sərkərdə, Prezident İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızı ucaldan zaman etdiyi tarixi çıxış on illər yaddaşlardan silinməyəcək, kitabların, qəzetlərin, saytların, televerilişlərin baş yazısı, xəbəri olacaq: “Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək”.

“Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirdi ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır: “Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”.

Fateh Sərkərdə İlham Əliyev onu da qeyd etdi ki, Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır: “Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.

Prezident İlham Əliyev çıxışında fəxarətlə vurğuladı ki, əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir: “Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

İşğaldan azad edilən ərazilərimiz cənnətə çevrilir

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində qeyd etmişdi ki, biz işğaldan azad edilən ərazilərimizi cənnətə çevirəcəyik. Bəli, verilən bu vəddə yerinə yetirilməkdədir. Artıq tam qətiyyətlə qeyd etmək olar ki, işğaldan azad edilən ərazilərimiz Prezidentimizin də qeyd etdiyi kimi cənnətə çevrilir. Hər yerdə genişmiqyaslı quruculuq, abadlıq, təmir, tikinti işləri həyata keçirilir. Bunun fonunda insanlar öz doğma yurd-yuvalarına qayıdırlar. Xankəndi şəhəri yenidən qurulan və inkişaf edən şərh, kənd və qəsəbələrimiz arasında ön sıralarda yer tutur. Qısa müddət ərzində şəhəri siması tamamilə dəyişib, gözəlləşib. Hələ 2023-cü il antiterror əməliyyatlarından dərhal sonra azad edilən ərazilərimiz də, o cümlədən Xankəndi şəhərində inventarlaşdırma işləri aparılıb. Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub. azad edilən ərazilərdə ümumilikdə 7.7 min yaşayış və 687 qeyri-yaşayış fonduna aid tikililər aşkar edilərək inventarlaşdırılıb. Qeyd edilib ki, Xankəndi şəhəri üzrə daşınmaz əmlakların inventarlaşdırılması başa çatdırılıb. Daşınmaz əmlaklara dair tərtib edilmiş sxemlər və fotoşəkillər ORGIS-a daxil edilib.

Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, Xankəndidə yaşayış binaları inşa edilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, Xankəndi şəhərində inşa edilən yaşayış binalarının əksəriyyəti ötən əsrin 1950-1960-cı illərində inşa olunub: “Şəhərin müxtəlif küçə və prospektlərində yerləşən və o zamanlar Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə tikilmiş hündür mərtəbəli yaşayış binalarının əksəriyyəti artıq istismar müddətini başa vurub. Əksəriyyəti qəzalı vəziyyətdə olan binalar müvafiq qurumların rəyi əsasında sökülərək yerində müasir, Azərbaycanın memarlıq üslubuna uyğun hündür mərtəbəli yaşayış binaları tikiləcək. İnşaat işləri dövlət büdcəsi hesabına yox, özəl sektor tərəfindən tikinti şirkətləri vasitəsilə həyata keçirəcək”.

Xankəndi şəhərində yeni iş yerləri yaradılır

Xankəndi şəhərində yeni yaşayış binalarının, park və xiyabanlarının, istirahət mərkəzlərinin tikilməsi ilə yanaşı yeni iş yerləri də yaradılır. Artıq müxtəlif təyinatlı restoranlar, otellər, iaşə ocaqları yaradılır və burada şəhərə köçən insanlar çalışırlar. 2024-cü il noyabrın 13-də Xankəndi şəhərində Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan toxuculuq fabrikinin açılışı olub. Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Xankəndi şəhərində tikiş fabrikinin videobağlantı vasitəsilə açılış dövlətlərarası münasibətlərin uğurlu inkişafına əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyev toxuculuq fabrikinin açılmasını Azərbaycan-Özbəkistan birliyinin rəmzi olduğunu söyləyib: “Mən qardaşım Şavkat Miromonoviçə minnətdarlığımı bildirirəm ki, bizim özbək dostlarımız qısa müddətdə Xankəndidə minlərlə insanın çalışacağı və təbii ki, mütləq əksəriyyəti qadınlardan ibarət gözəl müəssisənin yaradılmasına kömək göstərdilər". Prezident İlham Əliyev onu bildirmişdir ki, fabrikin açılması məşğulluqdur, bu, istehsaldır, bu, Qarabağın inkişafıdır: “Özbək qardaşlarımız isə yenə burada birincidirlər. Füzulidə məktəb tikməkdə bizə ilk yardımçı oldular, işğaldan azad edilmiş ərazilərdə belə böyük bir müəssisə yaratmaqda bizə ilk köməyi göstərdilər".

Ərazisi 1,2 hektar olan fabrikin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. İndiyədək 5,5 milyon manat investisiya qoyulub. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Həmçinin fabrik tam gücü ilə işlədikdən sonra yerli pambıq xammalı əsasında parça toxunması üçün istehsal sahəsinin yaradılması nəzərdə tutulur. Hazırda fabrik da 300 nəfər çalışır, gələcək də burada 800 iş yerinin yaradılması nəzərdə tutulur. Müəssisədə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilib. Xankəndi tikiş fabrikində ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal edilməsi nəzərdə tutulur. Fabrikdə istehsal olunacaq məhsullar müxtəlif ölkələrə də ixrac ediləcək. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki yüngül sənayenin inkişafı üçün yeni imkanlar açır və ölkələrimiz arasında ənənəvi dostluq, qardaşlıq, iqtisadi tərəfdaşlıq əlaqələrini möhkəmləndirir.

Diqqətçəkən məqam ondan ibarətdir ki, Xankəndi toxuculuq fabrikində çalışmağa hazırlaşanlar ilk növbədə tikişçilik üzrə kurslara yiyələnirlər. Kursları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi təşkil edir. Bu sahədə ilk mərhələ kimi, Agentlik tərəfindən tikiş avadanlıqlarının operatoru, tikişçi və yükdaşıma mütəxəssisi peşələri üzrə kurslar təşkil edilib. Əsasən işğaldan azad olunan ərazilərə köçürülmüş, həmçinin ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdən ibarət 400 şəxs həmin kurslara cəlb edilib.

Nəzəri və praktik hissələrdən ibarət olmaqla iki növbəli təşkil olunan kursları bitirən 300 nəfərin fabrikdə məşğulluğu təmin olunub. Peşə təlimi davam edən digər şəxslərin də kursları bitirdikcə müəssisədə işlə təminatı həyata keçiriləcək.Bu prosesin davamı olaraq, Dövlət Məşğulluq Agentliyi qeyd olunan kateqoriyalara aid şəxslərdən daha bir qrupu üçün yaxın günlərdə tikişçilik sahəsi üzrə peşə hazırlığı kursu təşkil edəcək. Həmin kursu başa vuranlar da Xankəndi tikiş fabrikində çalışacaqlar.

Təbii ki, yeni iş yerlərinin yaradılması insanların məşğulluğunun təmin olunmasına xidmət edir. İş yerlərinin açılması isə işğaldan azad edilən ərazilərə, o cümlədən Xankəndi şəhərinə köçən əhalinin sosial rifah halının yaxşılaşması deməkdir. Bu proses bundan sonra daha da genişlənəcəyi şübhəsizdir. Çünki işğaldan azad edilən ərazilərdə məskunlaşan əhalinin sosial, iqtisadi vəziyyətinin yaxşılaşdırılması və daha firavan həyat şəraiti ilə təmin olunmasına dair dövlət proqramı mövcuddur.

İLHAM ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Avqust 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri