Xankəndi nin futbolçusu: Çətin olsa da, qələbə qazana bildik
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Bu, mənim yeni komandamda ilk oyunum idi". Bu sözləri Sport24.az-a açıqlamasında "Xankəndi"nin futbolçusu Qurban Məhərrəmov deyib.
Oyunçu II Liqanın 16-cı turunda "Araz Saatlı"ya qalib gəldikləri matçla bağlı fikirlərini bölüşüb:
"Araz Saatlı"ya qarşı matça ciddi hazırlaşmışdıq. Çətin oyun olacağını bilirdik. Amma əsas olan qalib gəlməkdir. Bunu da bacardığımız üçün şadıq".
O, rəqibin ilk dövrədəki görüşdən fərqli çıxış etdiyini söyləyib:
"Onların heyətində yeni transferlər var idi. Çətin olsa da, qələbə qazana bildik".
Futbolçu ötən turda çempionatdakı əsas rəqibləri "Qaradağ Lökbatan"a qalib gəldikləri qarşılaşmanı xatırlayıb:
"Ötən tur "Qaradağ Lökbatan"la qarşılaşmadan sonra futbolçularımızda rahatlıq yaranmışdı. Bu, normal bir haldır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 05 Mart 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















