Xankəndi nin meneceri yayılan söz söhbətə aydınlıq gətirdi
Icma.az bildirir, sport24.az portalına istinadən.
Klubun rəsmisi olaraq, rəhbərlikdən aldığım məlumata görə, "Xankəndi"nin İkinci Liqada çempionluğu üçün nəzərdə tutulan mükafatın verilməməsi ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil". Bu sözləri Sport24.az-a açıqlamasında "Xankəndi"nin meneceri Rəşad Mirzə deyib.
Klub rəsmisi İkinci Liqada çempionluğa görə vəd edilən mükafatın məlumatın mətbuata sızdırılmasından sonra verilmədiyi ilə bağlı iddianı təkzib edib:
"Mükafat futbolçulara verilib. Ola bilər ki, məbləğ kollektivdə kimlərinsə gözləntisini qarşılamayıb və bu səbəbdən əsassız məlumatlar mediaya ötürülüb. Lakin bu, mükafatların verilməməsi demək deyil. Mən bu məsələni klub rəhbərliyi səviyyəsində dəqiqləşdirərək sizə bildirirəm ki, mükafatlar futbolçulara təqdim olunub".
Qeyd edək ki, "Xankəndi" 2025/26 mövsümündə II Liqanın qalibi olub və yeni mövsümdə mübarizəni I Liqada davam etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 17 Sentyabr 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















