Xankəndi şəhərinin baş planı yaxın vaxtlarda təqdim ediləcək
Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
Xankəndi şəhərinin baş planı yaxın vaxtlarda hazır olacaq və bu barədə ictimaiyyətə ətraflı məlumat təqdim ediləcək.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Demokrat.az-a verilən məlumata görə, bunu Xankəndi şəhərində keçirilən Milli Biznesin İnkişafı Forumunda çıxışı zamanı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.
E.Yusubov bildirib ki, hazırda Xankəndi şəhərinin inkişaf konsepsiyası Qərb şirkətləri tərəfindən hazırlanır. Plan çərçivəsində Xankəndinin “gənclər şəhəri” kimi inkişaf etdirilməsi nəzərdə tutulur. Şəhərdə təhsil və sosial infrastrukturun genişləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Xüsusilə, Qarabağ Universiteti üçün geniş ərazi ayrılıb və burada təhsil alan tələbələr üçün müasir, rahat şəraitin yaradılması planlaşdırılır. Eyni zamanda, burada tələbə və müəllim heyətinin ümumi şəhər əhalisinin təxminən 12–15 faizini təşkil edəcəyi vurğulanır.
“Layihəyə əsasən, Xankəndinin gələcəkdə təxminən 80 min nəfərlik əhaliyə malik müasir şəhər kimi formalaşdırılması nəzərdə tutulur. Bir sözlə, Xankəndi müasir şəhərə çevriləcək. Burada həyata keçirilən bütün layihələr şəhərin qısa zamanda dayanıqlı inkişafına uyğun şəkildə icra olunur”, - deyə o əlavə edib. (Azərtac)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Xankəndi şəhərinin Baş planı təsdiqlənmək üzrədir FOTOLAR
22 Avqust 2025 17:06
“Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram” Ərdoğan
04 İyul 2025 14:55
DİN: Xankəndi şəhərinin erməniəsilli sakini polisə silahlı müqavimət göstərib
14 Sentyabr 2025 18:13
Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə yola salınan köç ünvana çatıb
20 Dekabr 2025 15:13
WUF13 də Azərbaycanın 79 şəhərinin Baş planları təqdim ediləcək
17 May 2026 10:39
Baxış sayı:134
Bu xəbər 13 May 2026 16:09 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları