Icma.az
close
up
RU
Xankəndi şəhərinin Baş planı təsdiqlənmək üzrədir FOTOLAR

Xankəndi şəhərinin Baş planı təsdiqlənmək üzrədir FOTOLAR

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Xankəndi şəhərinin Baş planı təsdiqlənmək üzrədir. Bu gün qarşıda duran əsas vəzifə şəhərin yenidən qurulmasıdır. Hazırda Xankəndidə “Zəfər parkı” salınır, “Zəfər muzeyi” bərpa olunur, inzibati binalar tikilir, yaşayış evləri bərpa edilir, yeni infrastruktur layihələr həyata keçirilir. Dayanıqlı məskunlaşmanın təmin edilməsi, infrastruktur və iqtisadiyyatın bərpası prioritet istiqamətlərdəndir. Burda investorlar üçün münbit şərait var. Hazırkı dövrədək əraziyə investorlar tərəfindən 56 milyon manatdan çox investisiya qoyulub. Fəaliyyətə başlamış sahibkarlıq  subyektləri üzrə  2200-ə yaxın şəxs işlə təmin olunub. İlin sonunadək  digər obyektlər fəaliyyətə başladığında iş yerlərinini sayı 5 mini ötəcək”. 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən “Cebheinfo.az”-a verilən məlumata görə, bu fikirlər bu gün Xankəndində səfərdə olan Rumıniya Senatının Maramureş vilayətindən seçilmiş üzvü, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian Auqustin Nikulesku Tsıqırlasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin rəsmiləri tərəfindən səslənib.

Qonaqlara əhalinin məskunlaşması barədə də məlumat verən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktoru Telman Kərimli deyib ki, Xocalı şəhəri və Ağdərə rayonuna ailələrin köçü təmin olunub. Bugünədək Xocalı və Ağdərədə 770 ailə məskunlaşıb. İlin sonunadək isə 800 ailənin köçürülməsi planlaşdırılıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov isə Xankəndinin gənclər şəhəri kimi formalaşacağından danışıb. Qarabağ Universiteti bölgənin gənc kadrlarla təmin edilməsi və elm mərkəzinə çevrilməsi üçün mühüm əhəmiyyət kəsb edəcək. Gələcəkdə Qarabağ Universitetinin Maramureş vilayətindəki Texniki Universitetlə əməkdaşlığı da nəzəzrdən keçirilə bilər.

İlk dəfədir ki, Xankəndiyə səfər etdiyini deyən Rumıniya Senatının Maramureş vilayətindən olan üzvü Kristian Auqustin Nikulesku Tsıqırlas isə Qarabağın gözəlliyindən, füsunkar təbiətindən, turizm və sənaye potensialından, Xankəndi ilə Maramureş vilayətininn əməkdaşlıq imkanlarından söz açıb:

“Bura mədəniyyət və incəsənət sahəsində folklor, musiqi, rəqs və teatr festivallarının qarşılıqlı təşkili, qardaşlıq münasibətlərini simvolizə edən “Mədəniyyət günləri”nin keçirilməsi, turizm, iqtisadiyyat, təhsil, ictimai diplomatiya sahəsində əməkdaşlıq da daxildir. Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov da regionlararası əməkdaşlıq, ölkələr üçün də vacibdir”.

Xankəndidə olan qonaqlara milli atributları xatırladan müxtəlif hədiyyələr də təqdim olunub. Rumıniya parlamentinin üzvləri, Xankəndi şəhərində gedən bərpa- quruculuq işləri ilə də tanış olub, Qarabağ Universitetini ziyarət ediblər. Şuşa şəhərini də gəziblər.

“Cebheinfo.az”
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Avqust 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri