Xankəndi stadionu yenidənqurmadan sonra necə görünür? FOTOlar
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Xankəndi şəhər stadionu əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.
Milli.Az xəbər verir ki, noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stadionun açılış mərasimində iştirak edib.
Qeyd edək ki, 1956-cı ildə istifadəyə verilən stadion 2023-cü ildə Xankəndi şəhərinin işğaldan azad olunmasından sonra əsaslı şəkildə yenidən qurulub. Arena UEFA-nın 3-cü kateqoriya standartlarına uyğunlaşdırılıb, ərazisi 3.39 hektara çatdırılıb.
Stadionun tamaşaçı tutumu 8 554 nəfərdir. Oturacaqlardan 8 214-ü standart, 251-i xüsusi qonaqlar, 59-u media nümayəndələri, 30-u isə fiziki imkanları məhdud şəxslər üçün nəzərdə tutulub.
Ölçüləri 105x68 metr olan futbol meydançasına süni ot örtüyü döşənib. Meydançanın ətrafında isə qaçış, maneələrlə qaçış, uzununa tullanma və digər atletika növləri üçün zonalar yaradılıb.
Milli.Az saytının baş redaktor müavini Fərid Zöhrabov
Baxış sayı:135
Bu xəbər 07 Noyabr 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















