Xankəndi və M.Zəkiyə
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qulu AĞSƏS
Xankəndi və M.Zəkiyə
Tavanı - göy şüşəli,
Döşəməsi - meşəli...
Ovçunun yuxusunda
Marala bənzəyir o.
Dağların yaxasında
Medala bənzəyir o.
Burda bahar payızı,
Qış yayı məst eləyir.
Bu yerlərin havasın,
Bu göylərin yağışın
Üzeyir bəstələyir.
Burda doğulmur adam
Əkilir şitil kimi.
Adladım yurddan yurda
Şütüyən sətir kimi.
Gəzdim düzü, dünyanı
Bu düz-dünya tükəndi.
Sənə dönmüşəm, Xanım,
Sənə dönmüşəm, kəndim.
Dünyada nələr gördük
Həyatımız baş-ayaq:
Yaşamaq vaxtı öldük,
Ölmək vaxtı yaşayaq!
Tavanı - göy şüşəlim,
Döşəməsi - meşəlim...
Bu mövzuda digər xəbərlər:Xankəndi və M.Zəkiyə Qulu AĞSƏS
10 Noyabr 2025 12:16
Qulu Ağsəsin “Xankəndi və M.Zəkiyə” şeirinin təhlili Adilə Nəzər yazır
20 Noyabr 2025 09:54
Xankəndi liderdi!
01 Oktyabr 2025 00:07
Xankəndi restoranı BAĞLANDI
04 Aprel 2025 13:48
Xankəndi qələbə çaldı.
05 May 2025 10:06
Baxış sayı:69
Bu xəbər 12 Noyabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















