Xankəndi və Şuşa şəhərlərinə yeni reyslər açılır
Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gəncədən Xankəndi və Şuşa şəhərlərinə yeni reyslər açılır.
Bu barədə Teleqraf.com - un yerli bürosuna Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Gəncə Regional İdarəsindən məlumat verilib. Məlumata əsasən, Gəncə şəhərindən Xankəndi və Şuşaya müntəzəm olaraq sərnişin daşınması üçün müsabiqə elan olunub.
"Sərnişin daşınmasi üçün elan edilən tenderin qalibi ilə AYNA arasında müqavilə bağlanılacaq və qrafiklər müəyyən ediləcək. Böyük ehtimalla yanvar ayından etibarən Gəncə və ətraf rayonların sakinləri Xankəndi və Şuşa şəhərlərinə avtobuslar vaistəsi ilə gedə biləcəklər" - deyə məlumatda bildirilib.
Qeyd edək ki, hazırda Gəncə şəhərindən işğaldan azad olunan şəhər və rayonlarımıza avtobus reysləri mövcud deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 11 Dekabr 2024 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















