Icma.az
close
up
RU
Xankəndi və Şuşa şəhərlərinə yeni reyslər açılır

Xankəndi və Şuşa şəhərlərinə yeni reyslər açılır

Gəncədən Xankəndi və Şuşa şəhərlərinə yeni reyslər açılır.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Gəncə Regional İdarəsindən bildirilib.

Məlumata əsasən, Gəncə şəhərindən Xankəndi və Şuşaya müntəzəm olaraq sərnişin daşınması üçün müsabiqə elan olunub.

"Sərnişin daşınmasi üçün elan edilən tenderin qalibi ilə AYNA arasında müqavilə bağlanılacaq və qrafiklər müəyyən ediləcək. Böyük ehtimalla yanvar ayından etibarən Gəncə və ətraf rayonların sakinləri Xankəndi və Şuşa şəhərlərinə avtobuslar vaistəsi ilə gedə biləcəklər" - deyə qeyd edilib.

Qeyd edək ki, hazırda Gəncə şəhərindən işğaldan azad olunan şəhər və rayonlarımıza avtobus reysləri mövcud deyil.

seeBaxış sayı:46
embedMənbə:https://publika.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri