Icma.az
close
up
RU
Xankəndi, Xocalı və Ağdərədə şagirdlər sevindi FOTO

Xankəndi, Xocalı və Ağdərədə şagirdlər sevindi FOTO

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Uzun illərdən sonra ilk dəfə olaraq Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli orta məktəb və Xocalı rayonu 1 saylı orta məktəbdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bayram tədbiri keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Xankəndi şəhərində,Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası rəsmiləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər təhsil işcilərini və şagirdləri hər iki bayram münasibətilə təbrik edərək, dövlətin gənclərə, yeniyetmələrə və təhsilə göstərdiyi  diqqət və qayğısından danışıblar.

Bildirilib ki, Böyük Qayıdış dövlət  proqramı çərcivəsində işğaldan azad edilmiş torpaqlarımızda böyük tikinti quruculuq işləri aparılır, yeni təhsil ocaqları tikilir. Keçmiş məcburi köckünlər mərhələli şəkildə öz ata-baba torpaqlarına qayıdır.

Sonda Həmkarlar İttifaqı Konfederasiyasının təşəbbüsü ilə təşkil olunan bayram sovqatları, hər iki məktəbdə təhsil alan şagirdlərə təqdim olunub. Ağdərə rayonu Talış kənd tam orta məktəbində və məktəbəqədər təhsil alan uşaqlara da bayram günü ərəfəsində bu sevinci yaşayıblar. Xocali rayonunda isə təkcə məktəblərdə deyil, rayonda yaşayan uşaqlara da yeni il hədiyyələri paylanıb. Bu sevinci uşaqlara Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri Səriyyə Müslümqızı və Azadoğlu MMC  yaşadıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:350
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Dekabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri