Icma.az
close
up
RU
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin yeni intibahı ŞƏRH

Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin yeni intibahı ŞƏRH

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan üçün 20 Sentyabr tarixin yaddaşına qızıl hərflərlə həkk olunan günlərdəndir. Bu tarix təkcə təqvimdə bir gün deyil, xalqımızın qürur salnaməsinin ən parlaq səhifəsidir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin azad olunması – Azərbaycan dövlətçiliyinin qüdrətinin, xalqımızın birliyinin və şəhidlərimizin müqəddəs ruhunun ən böyük təntənəsidir. 30 il işğal altında qalan torpaqlarımıza ədaləti kim qaytardı sualını cavabı birmənalıdır – xalqın iradəsi, ordunun qəhrəmanlığı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu. Xankəndinin azadlığı Azərbaycanın tarixi məqamıdır. Çünki uzun illər boyu düşmən təbliğatı Xankəndini “erməni şəhəri” kimi təqdim etməyə çalışırdı. Amma 20 Sentyabrda bütün dünya gördü ki, Xankəndi Azərbaycan torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Burada ucalan bayraq təkcə bir rəmz deyil – bu, haqqın, ədalətin, tarixin səsidir. Xocalının azadlığı bəşəriyyətə mesaj oldu ki, qətliamlara, soyqırımlara baxmayaraq, Azərbaycan xalqı qisası ədalətlə alır. Xocalı küçələrində dalğalanan üçrəngli bayraq şəhidlərin ruhunu rahatlatdı. Bu gün Xocalı azad Azərbaycanın ədalət simvoludur. Xocavənd torpağına ayaq basan hər kəs bir həqiqəti görür: bu torpaq 30 illik işğalı rədd etdi, haqqı öz sahibinə qaytardı. Cənab Prezident İlham Əliyevin Xocavəndə səfəri bir daha göstərdi ki, Azərbaycan burada yalnız qələbə deyil, həm də quruculuq dastanı yazır. Ağdərənin azadlığı Azərbaycanın zəfər mozaikasını tamamladı. Qarabağın bu strateji bölgəsi düşmənin illərlə gizləndiyi qalalardan biri idi. Amma 20 Sentyabrda bu qala da sındı, Azərbaycan bayrağı ən yüksək zirvələrə sancıldı. 20 Sentyabr – Azərbaycanın bütövlüyünün, dövlət suverenliyinin tam bərpasının rəsmi möhürüdür. Bu tarix göstərdi ki, nə qədər güclü himayədarlara arxalansa da, işğal siyasəti daima məğlubiyyətə məhkumdur. Prezident İlham Əliyevin sözləri bu günün ən böyük şüarı oldu: “Biz ərazi bütövlüyümüzü tam bərpa etdik, suverenliyimizi təmin etdik və heç bir güc bu həqiqəti dəyişə bilməz.” Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə tikilən məktəblər, çəkilən yollar, bərpa olunan evlər təkcə tikinti deyil – bunlar millətin dirçəliş manifestidir. Bu torpaqların azadlığı həm tarix, həm gələcək, həm də nəsillərə ünvanlanan çağırışdır: “Bu torpaq sizindir, qoruyun və əbədi yaşadın!” Bəli, 20 Sentyabr təkcə keçmişin qisası deyil, həm də gələcəyin müjdəsidir. Bu gün Qarabağda atılan hər addım, qurulan hər kənd, açılan hər məktəb Azərbaycanın əbədi qalibiyyətinin təcəssümüdür. Bu tarix bir daha sübut etdi ki, Azərbaycan xalqı gücünü liderindən, lideri isə gücünü xalqdan alır. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin azad olunması ilə ölkəmizin ərazi bütövlüyü təmin olundu, dövlətin qətiyyəti, xalqın iradəsi bir daha dünyaya nümayiş etdirildi. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək, “Azərbaycan suverenliyini bərpa edərək 30 illik işğal tarixinin son səhifəsini bağladı”. Artıq Qarabağın şəhərləri böyük tikinti və şəhərsalma layihələrinin mərkəzinə çevrilib. Dövlət proqramlarına əsasən, 2026-cı ilə qədər Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 15 mindən çox fərdi evin və çoxmənzilli yaşayış binalarının inşası nəzərdə tutulub. Xankəndi şəhərində artıq “ağıllı şəhər” konsepsiyası tətbiq olunur. Xocalıda infrastruktur layihələri çərçivəsində 80 km uzunluğunda yol şəbəkəsi bərpa olunur, yeni məktəblər, xəstəxanalar inşa edilir. Xocavənddə kənd təsərrüfatı və sənaye parklarının salınması, 2000 hektar ərazidə müasir istixana kompleksi qurulması nəzərdə tutulub. Ağdərədə isə dövlət-özəl tərəfdaşlığı əsasında enerji istehsalı və yaşıl texnologiyalar layihələri icra olunacaq. Hər addımda həm qələbə, həm də quruculuq ruhu duyulur. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin lokal antiterror tədbirləri ilə əldə olunan tarixi zəfərlər bu gün infrastruktur və abadlıq işləri ilə möhkəmlənir. Xankəndi və digər şəhərlərdə parkların, mədəniyyət evlərinin, idman komplekslərinin tikintisi insanlara yeni həyat bəxş edir. Azərbaycan xalqı artıq “Böyük Qayıdış” prosesinin real nəticələrini görür. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə – bir vaxtlar işğalın simvolu olan bu şəhərlər bu gün milli iradənin, dövlətin gücünün, xalqın birliyinin rəmzinə çevrilib. Bu bölgələr iki ildir şəhər gününün sevincini, qürurunu yaşayır. Artıq heç bir güc xalqımızın iradəsini, dövlətimizin suverenliyini sındıra bilməz.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Sentyabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri