Icma.az
close
up
RU
Xankəndidə cızılan plan Tbilisiyə yönəldi: Bakı 4 tərəfli hədəfdə

Xankəndidə cızılan plan Tbilisiyə yönəldi: Bakı 4 tərəfli hədəfdə

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ, Avropa İttifaqı, AŞPA və xüsusilə Fransanın Azərbaycana qərəzli yanaşması davam etməkdədir. Xüsusilə Vaşinqton və Qərbdən səsləndirilən ittihamlar, Parisin İrəvana hərbi dəstəyini artırması Bakı ilə münasibətləri daha da gərginləşdirir. 

Gürcüstan və Ermənistandan fərqli olaraq Azərbaycanın Cənubi Qafqazda heç bir istiqamətə yönəlmədən və xarici qüvvələr arasında mübarizə meydanına çevrilmədən sadəcə müstəqil siyasət yürüdən ölkə olması beynəlxalq arenada xüsusi diqqət çəkir. Bu amil Qərbi qıcıqlandıran əsas detal kimi dəyərləndirilir.

Adıçəkilən ölkələr və beynəlxalq qurumlarla konfrontasiya Azərbaycan üçün təhlükə vəd edirmi? Bakı hansı məqamlara söykənərək böyük güclərin təzyiqlərinə boyun əymir?

Globlainfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Qərb ənənəvi “kökə və sopa” siyasətini tətbiq edərək dövlətləri öz nəzarəti altında saxlamağa cəhd göstərir:

“İnsan haqları, demokratiya, korrupsiyaya qarşı mübarizə adı altında bölgələrə nüfuz etməyə çalışan Qərb təsisatları, asılılıq imkanları tapmadıqda elə eyni ideallarla da qarayaxma kampaniyasına başlayırlar. Bənzər ritorika bu gün Azərbaycana qarşı da müşahidə olunur.

Gürcüstan nümunəsi isə bu ritorikanın əsl mahiyyətini ortaya qoymaq üçün kifayət etdi. Direktivlər yerinə yetirildiyi müddətdə həmin ölkəni demokratiyanın sürətlə inkişaf etdiyi ölkələr sıralamasına daxil etmişdilər. Lakin artıq vaxt yetişdi, Tbilisi reallıqları dəyərləndirməyə və yağlı vədlərin praktiki tərəfinin olmadığını anlamağa başladı. Kollektiv Qərbin demokratiyaya yanaşması da dəyişdi. Artıq Gürcüstan onlar üçün demokratiyanın ən kasad vəziyyətdə olduğu dövlətə çevrildi”.


Züriyə Qarayeva

Politoloq vurğulayıb ki, Bakı qonşu və region dövlətlərlə ən yüksək səviyyədə diplomatik münasibətlər qurur və hansısa cinahdan göstərilən şərtlər əsasında siyasət aparmır:

“Azərbaycan heç bir qüvvənin yardımı olmadan bölgənin dominant fiquruna çevrilir və bu günə qədər işğal faktoru üzərindən at oynatmağa çalışan qüvvələrin də ayağını kəsir. Bakı diplomatik münasibətlərdə heç bir ölkəyə qarşı qüsura yol verməyib. Həmçinin də Qərb dövlətləri ilə tarazlaşdırılmış xarici siyasət prinsipləri prioritet təşkil edir. Lakin bu ölkələr və ya təşkilatlar qərəz siyasətindən əl çəkmirsə, suverenliyimiz uğrunda mübarizəyə başqa “don geydirməyə” çalışırsa, işğal vaxtı işğalçıdan yana olub, saxta tarixə malik ermənilər üçün haqq təminatından danışırsa, adekvat reaksiyanın verilməməsi təbiidir.

Həmin güclər işğalı dəstəkləyərkən əgər ərazi bütövlüyümüzü təmin etdiksə, Laçın yolundan qaçaqmalçılığı dəstəkləyərkən Xankəndidə Azərbaycan bayrağı asdıqsa, separatizmi dəstəkləyərkən “Dəmir yumruğu” ortaya qoyduqsa demək ki, bundan sonra da nəyəsə nail olmaqları mümkünsüzdür”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Dekabr 2024 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri