Icma.az
close
up
RU
Xankəndidə Ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirilibYENİLƏNİB AZƏRTAC

Xankəndidə Ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirilibYENİLƏNİB AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xankəndi, 10 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Xankəndi şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilib. İclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri, azad olunmuş ərazilərdə Prezidentin xüsusi nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin əməkdaşları iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iclasda İşçi qrupun üzvləri və dəvət olunan digər qurumların nümayəndələri tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri həyata keçirilərkən ekoloji tələblərin icra vəziyyəti, xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin bərpası, yer təkindən istifadə sahəsində görülən işlər, meşəbərpa və yeni yaşıllıq sahələrinin salınması istiqamətində “Azərbaycan-Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi”nin və “Ağıllı Tingçilik Təsərrüfatı”nın yaradılması ilə bağlı görülən işlər diqqətə çatdırılıb. Həmçinin “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilən tədbirlər, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası istiqamətində görülən işlər, bu ərazilərdə ekoloji pozuntuların qarşısının alınması, təhlükəsiz bərk tullantıların idarə olunması ilə bağlı yerinə yetirilmiş tədbirlər haqqında iclas iştirakçılarına məlumat verilib.

İclasda infrastruktur layihələri həyata keçirilərkən ekoloji icazələrlə bağlı qaldırılan məsələlər və müvafiq qurumlar arasında kommunikasiyanın gücləndirilməsi, fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı məsələlər müzakirə edilib.

Sonra iştirakçılar Xankəndi şəhərində yenidən qurulmuş avtomat meteoroloji stansiyanın işi ilə tanış olublar.

12:28

Xankəndi şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iclasa sədrliyi ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov edir.

İclasda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri həyata keçirilərkən ekoloji tələblərin icra vəziyyəti, xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin bərpası, yer təkindən istifadə sahəsində görülən işlər, “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilən tədbirlər, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası istiqamətində görülən işlər, bu ərazilərdə ekoloji pozuntuların qarşısının alınması və s. məsələlər müzakirə olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Dekabr 2024 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri