Icma.az
close
up
RU
Xankəndidə evlərlə bağlı narazılıqlara RƏSMİ CAVAB

Xankəndidə evlərlə bağlı narazılıqlara RƏSMİ CAVAB

Icma.az bildirir, Modern.az portalına istinadən.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi sakinlərin yaşayış sahələri ilə bağlı müraciətlərinə münasibət bildirib.

Nümayəndəlikdən Modern.az-a verilən məlumata görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdış prosesi çərçivəsində genişmiqyaslı abadlıq, bərpa və quruculuq işləri həyata keçirilir.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 2022-ci il noyabrın 16-da təsdiq etdiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli qayıdışı təmin edilir və onlar yeni yaşayış sahələri ilə təmin olunurlar.

Nümayəndəlik bildirib ki, bəzi sakinlər sosial platformalarda layihədə nəzərdə tutulmayan tələblər səsləndirir, yaşadıqları mənzillərin təmirindən narazılıq edirlər.

“Bir ildən artıqdır mənzilində yaşayan sakinlər təbii aşınma və yaşayış sahəsindən istifadə nəticəsində yaranan cari təmir ehtiyaclarının, əlavə tikililərin, toyuq hini, mal-qara saxlanılması üçün tövlə və digər fərdi ehtiyacların dövlət büdcəsindən maliyyələşdirilməsini tələb edirlər”, - açıqlamada qeyd olunub.

Bildirilib ki, yaşayış sahəsində uzunmüddətli istifadə nəticəsində yaranan cari təmir ehtiyaclarının, şəxsi təsərrüfatın qurulması ilə bağlı işlərin, eləcə də əlavə yardımçı tikililərin, o cümlədən toyuq hini və digər fərdi təyinatlı obyektlərin dövlət vəsaiti hesabına inşa və ya təmir edilməsi üçün dövlət büdcəsində ayrıca maliyyə təminatı nəzərdə tutulmayıb.

Nümayəndəlik vurğulayıb ki, dövlət tərəfindən vətəndaşların mənzil və yaşayış şəraiti ilə təmin olunması istiqamətində tədbirlər dövlət proqramları və təsdiq edilmiş büdcə vəsaitləri çərçivəsində həyata keçirilir.

Qeyd edilib ki, təqdim edilmiş yaşayış sahələrinin texniki vəziyyəti ilə bağlı müraciətlərə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılır. Tikinti və ya təhvil zamanı mövcud olmuş qüsurlarla bağlı əsaslandırılmış müraciətlər olduqda, həmin hallar aidiyyəti üzrə araşdırılır.

“Tikililərin və digər obyektlərin vəziyyəti ayrıca texniki qiymətləndirilə bilər. Əgər tikinti qüsuru və ya zəmanət öhdəliyi ilə bağlı məsələ varsa, aidiyyəti qurum tərəfindən araşdırılır”, - açıqlamada bildirilib.

Nümayəndəlik qeyd edib ki, bir ildən çox yaşayışdan sonra “ev yararsızdır” kimi ümumi iddialar konkret faktlar və texniki baxışla əsaslandırılmalıdır.

Açıqlamada vurğulanıb ki, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır, yaşayış sahəsinin təhlükəsizliyi, yararlılığı və ya tikinti qüsurları ilə bağlı əsaslandırılmış məsələlər qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Avqust 2026 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1019

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see509

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see411

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see318

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see316

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see290

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see253

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see223

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see215

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see211

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see186

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri