Xankəndidə İşçi Qrup toplaşdı FOTO
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
İşğaldan azad olunmuş ərazilər, yaşıl enerji zonası elan olunub və bu istiqamətdə işlər görülür. Bunu Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Enerji təminatı məsələləri üzrə İşçi qrupunun iclasında işçi qrupun rəhbəri, energetika nazirinin müavini Elnur Soltanov deyib.
Qaz ixrac idarəsinin birinci müavini Sərxan Babaşov da görüləcək işlər barədə məlumat verib.Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə SOCAR tərəfindən qaz nəql sisteminin mərhələli şəkildə yenidən qurulması üçün əsasən 4 - Laçın, Şuşa, Ağdam,Kəlbəcər istiqaməti üzrə magistral qaz kəmərlərinin tikintisi nəzərdə tutulub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, iclasda enerji infrastrukturunun qurulması, qazlaşdırılma prosesi, ötürücü və paylayıcı şəbəkə üzrə görülən işlər, yarımstansiyaların tikilməsi və digər məsələlər də müzakirəyə çıxarılıb.
Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli də çıxış edərək, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında aparılan genişmiqyaslı tikinti-quruculuq işləri barədə ətraflı məlumat verib. Bildirib ki, bərpa olunan yaşayış məntəqələrinə mərhələli şəkildə keçmiş məcburi köçkünlər köçürülür.
Kənd və qəsəbələrdə insanların rahat yaşaması üçün hər çür şərait yaradılır.
Baxış sayı:67
Bu xəbər 30 May 2025 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















