Icma.az
close
up
RU
İşçi Qrup növbəti dəfə Xankəndidə toplaşdı

İşçi Qrup növbəti dəfə Xankəndidə toplaşdı

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası Xankəndi şəhərində keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, əvvəlcə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri ANAMA tərəfindən Ağdam rayonunun Sarıcalı kəndi ərazisində və Fövqəladə Hallar Nazirliyi tərəfindən rayonun Əlimədətli kəndində icra edilən humanitar minatəmizləmə fəaliyyəti ilə tanış olublar. İşçi qrupun üzvləri həyata keçirilən layihələrin gedişatını, o cümlədən aşkar olunan mina və partlamamış hərbi sursatların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesini müşahidə ediblər.

Daha sonra İşçi Qrupun Xankəndi şəhərində geniş tərkibdə iclası keçirilib.

Agentliyin İdarə Heyətinin sədri, İşçi Qrupun rəhbəri Vüqar Süleymanov iclasda çıxış edərək, illik tədbirlər planına əsasən həyata keçirilən humanitar minatəmizləmə əməliyyatlarının gedişatı barədə məlumat verib.

Bildirib ki, minatəmizləmə əməliyyatları “Böyük Qayıdış” proqramının əsas tərkib hissələrindən biridir və bu fəaliyyət yalnız təhlükəsizlik baxımından deyil, həm də sosial-iqtisadi inkişaf və əhalinin doğma yurdlarına qayıdışı üçün ilkin şərtdir. 

İdarə Heyətinin sədri qeyd edib ki, minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumlar tərəfindən 2025-ci il ərzində yaşayış infrastrukturu üzrə 8 318 hektar, kənd təsərrüfatı üzrə 9 176 hektar, ekoloji qiymətləndirmə üzrə 1 951 hektar, nəqliyyat infrastrukturu üzrə 708 hektar, meliorasiya və su təsərrüfatı üzrə 628 hektar və digər prioritet layihələr daxil olmaqla, cari il ərzində 27 204 hektar ərazi mina və partlayıcı qalıqlarından təmizlənib.

İclasda çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov ölkə rəhbərinin azad edilmiş ərazilərin yenidən qurulması, “Böyük Qayıdış” proqramının uğurlu icrası, təhlükəsiz və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətindəki tapşırıqlarına uyğun olaraq aparılan mühüm işlər və gələcək layihələr barədə məlumat verib.

İclasda bərpa-quruculuq layihələri ilə əlaqəli şəkildə icra edilən humanitar minatəmizləmə fəaliyyəti istiqamətində görülən işlərin icrası və cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyinə cəlb olunmuş qurumlar tərəfindən icra edilən fəaliyyət üzrə hesabatlar dinlənilib, əməliyyatlara cəlb olunmuş texnika və avadanlıqlar barədə məlumat verilib.

İşğaldan azad edilmiş ərazilərə çox sayda keçmiş məcburi köçkünün geri qayıdışını, habelə turist səfərlərinin artımını nəzərə alaraq, aidiyyəti qurumlarla birgə mina təhlükəsinə dair maarifləndirmə fəaliyyətinin, müştərək təbliğat-təşviqat işlərinin genişləndirilməsi, mümkün layihələrin icrası istiqamətində fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.

"Cebheinfo.az"
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 İyun 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see664

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see282

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see272

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see257

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see240

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see230

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see221

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see206

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri