“Xankəndi”də maliyyə problemi gizlədilib? Yeni transferlər vəziyyətdən xəbərsizdir
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Xankəndi"də maliyyə problemləri davam edir. Sport24.az-ın əldə etdiyi məlumata görə, ötən mövsüm qazanılan çempionluğa görə futbolçulara vəd olunan mükafatlar hələ də ödənilməyib. Bu səbəbdən bir neçə futbolçu etiraz əlaməti olaraq komandadan ayrılıb.
Maraqlıdır ki, komandaya yeni cəlb olunan futbolçuların klubdakı maliyyə problemləri və ödənilməyən bonuslardan xəbərsiz olduqları bildirilir. Rəhbərlik isə maliyyə çatışmazlığını əsas gətirərək hazırda ödəniş etmək imkanlarının olmadığını qeyd edir.
Xatırladaq ki, Qarabağ bölgəsini təmsil edən klub ötən mövsüm Azərbaycan II Liqasında çempion olub.
Baxış sayı:130
Bu xəbər 07 Avqust 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















