Icma.az
close
up
RU
Xankəndidə mina təhlükəsinə dair birgə tədbir təşkil olunub

Xankəndidə mina təhlükəsinə dair birgə tədbir təşkil olunub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 9 aprel, AZƏRTAC

Xankəndi şəhərində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) və işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən rayon, şəhər və hərbi prokurorluqların əməkdaşlarının iştirakı ilə mina təhlükəsinə dair birgə tədbir keçirilib.

ANAMA-dan AZƏRTAC-a verilən məlumata görə, tədbirin məqsədi mina təhlükəsi, eləcə də partlamamış sursatlarla mübarizə sahəsində aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsi, mövcud praktikanın müzakirəsi, habelə bilik və təcrübənin qarşılıqlı mübadiləsinin təşkili olub.

Tədbir çərçivəsində Şuşa, Ağdam, Xocavənd, Xocalı rayon, Xankəndi şəhəri, habelə Tərtər və Ağdam hərbi prokurorluqları əməkdaşlarının iştirakı ilə mina təhlükəsi ilə bağlı mövcud vəziyyət, partlayıcı sursatların yaratdığı risklər və aidiyyəti qurumların fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılıb.

Çıxışlarda mina təhlükəsi ilə mübarizə sahəsində qurumlararası koordinasiyanın əhəmiyyəti qeyd olunub, mina riskinin azaldılması istiqamətində görülən işlər, bəzi ərazilərin konservasiya edilərək çəpərlənməsi, təhlükəli zonaların müəyyən edilməsi və əməliyyat fəaliyyətinin təşkilinə dair məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Həmçinin mina hadisələrinin başvermə səbəblərinin araşdırılması, zərərçəkmişlərin qeydiyyatının aparılması və fövqəladə hallarda operativ məlumat mübadiləsinin təmin olunması istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi arasında mövcud koordinasiyalı fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Tədbirin sonunda iştirakçılar arasında mina təhlükəsi ilə mübarizə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub, həmçinin “Gizli ölüm toxumları” kitabı təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Aprel 2026 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri