Icma.az
close
up
RU
Xankəndidə ucalan Zəfər Tağı: Qələbəni əks etdirən möhtəşəm memarlıq nümunəsi

Xankəndidə ucalan Zəfər Tağı: Qələbəni əks etdirən möhtəşəm memarlıq nümunəsi

Icma.az bildirir, Azertag portalına istinadən.

Xankəndi, 12 may, AZƏRTAC

Xankəndi şəhərində salınan Zəfər Parkı müasir memarlıq üslubu, rəmzi elementləri və geniş abadlıq işləri ilə diqqət çəkən mühüm layihələrdən biridir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, park ərazisində inşa edilən Zəfər Tağı Vətən müharibəsində qazanılan qələbənin əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması məqsədilə inşa olunub.

Zəfər Parkının təməli 2025-ci il fevralın 19-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Həmin il dekabrın 24-də isə dövlət başçısı və birinci xanım Mehriban Əliyeva parkın açılış mərasimində iştirak ediblər. Parkın əsas memarlıq elementlərindən biri olan Zəfər tağı xüsusi rəmzi məna daşıyır. Tağa doğru aparan 44 pilləkən Vətən müharibəsinin günlərinin sayını ifadə edir. Pilləkənlərin mərkəzində yerləşdirilmiş lövhələrdə müharibənin gedişi, azad edilmiş yaşayış məntəqələri və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələri haqqında məlumatlar əks olunub.

Zəfər tağının hündürlüyü də rəmzi olaraq 44 metr təşkil edir. Tikili 10 mərtəbədən və terrasdan ibarətdir. Terras hissəsində Zəfər Gününü simvolizə edən 8 rəqəmini əks etdirən konstruksiya quraşdırılıb. Doqquzuncu mərtəbədə isə “Zəfər qalereyası” adlı sərgi-nümayiş zalı yaradılıb.

Park ərazisində geniş yaşıllıq zonası salınıb, 15 mindən çox müxtəlif növ dekorativ gül kolları və ağaclar əkilib. Eyni zamanda, fəvvarələr qurulub, müasir işıqlandırma sistemləri və musiqi səsləndirilməsi üçün xüsusi avadanlıqlar quraşdırılıb. İnşaat prosesi zamanı mövcud ağacların qorunmasına da xüsusi diqqət yetirilib.

Zəfər Parkı Xankəndidə həyata keçirilən quruculuq və abadlıq işlərinin mühüm nümunələrindən biri olmaqla yanaşı, həm də Azərbaycanın tarixi qələbəsinin rəmzi məkanlarından biri kimi önəm daşıyır.

Müxbir-Aydın Yavərzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri