Xankəndidə Vətəndəsən II Qarabağ Təhsil Forumu keçirilib
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xankəndi şəhərində 5 oktyabr Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Vətəndəsən" II Qarabağ Təhsil Forumu keçirilib. "Öyrədənsən" devizi altında təşkil olunan forum "Karabakh Training Center"in təşkilatçılığı ilə baş tutub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin aparıcı məsləhətçisi Xasay Cahangirov, Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov, "Karabakh Training Center"in rəhbəri Aytən Məmmədova, Qarabağ Universitetinin nümayəndəsi və digər şəxslər azad edilmiş ərazilərdə təhsilin inkişafı, insan kapitalının formalaşdırılması, müəllim əməyinin qiymətləndirilməsi və təhsil sahəsində innovativ yanaşmaların tətbiqi məsələləri diqqətə çatdırıblar.
İki gün davam edəcək forum çərçivəsində peşəkar təlimlər, panel müzakirələri, sərgi, müəllimlərin peşə bayramına həsr olunmuş Qala gecəsi və Şuşa şəhərinə mədəni gəzinti təşkil olunacaq. Forumda əməkdar müəllimlər, təhsil ekspertləri, dövlət qurumlarının nümayəndələri və təhsil ictimaiyyətinin digər üzvləri iştirak edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 03 Oktyabr 2026 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















