Icma.az
close
up
RU
Xankəndidən dünyaya ismarıc: Azərbaycan reallıqları və regional əməkdaşlığın yeni mərhələsi

Xankəndidən dünyaya ismarıc: Azərbaycan reallıqları və regional əməkdaşlığın yeni mərhələsi

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu ay ölkəmiz daha bir mühüm beynəlxalq tədbirə ev sahibliyi edərək dünyanın siyasi səhnəsində aktivliyi ilə fərqləndi.

2025-ci il iyulun 4-də Xankəndi şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü yalnız Azərbaycanın diplomatik gündəliyi baxımından deyil, həm də regionun geosiyasi mənzərəsində mühüm hadisə kimi tarixə düşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mötəbər tədbir çərçivəsində etdiyi çıxışında həm, dövlətimizin beynəlxalq müstəvidə artan rolunudan, həm də postmünaqişə dövründə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən bəhs etdi.

Zirvə görüşünün məhz Xankəndi şəhərində – Ermənistanın illərlə işğal altında saxladığı, bu gün artıq azad olan Azərbaycan torpağında keçirilməsi, həm siyasi simvolizm, həm də real güc balansı baxımından ciddi mesajdır. Prezident İlham Əliyev çıxışında Azərbaycanın suverenlik hüququnu, regional sabitlik və əməkdaşlıq təşəbbüslərini, enerji və nəqliyyat strategiyalarını, humanitar siyasətini və ekoloji diplomatiyasını əsaslı şəkildə təqdim edərək, həm ECO məkanında, həm də beynəlxalq ictimaiyyət qarşısında ölkəmizin prinsipial və inkişafa yönəlik mövqeyini ortaya qoydu.

2025-ci il iyulun 4-də Qarabağın ürəyi Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Azərbaycanın diplomatik tarixində və regional inteqrasiya proseslərində mühüm dönüş nöqtəsidir. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən bu yüksək səviyyəli tədbir Azərbaycanın azad edilmiş ərazilərində beynəlxalq legitimliyin daha da möhkəmləndirilməsi baxımından siyasi və psixoloji cəhətdən dərin məna daşıyır.

Dövlət başçısının “Qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz” ifadəsi ilə başladığı çıxış, regionun statusu və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı aydın və prinsipial mövqeyin təkrarı idi. Bundan əvvəl Şuşada, Laçında və digər azad edilmiş ərazilərdə keçirilmiş beynəlxalq tədbirlərin ardıcıl davamı olaraq ECO Zirvəsinin Xankəndidə təşkili, həm də Ermənistanın iddialarına cavab olaraq, Azərbaycanın suverenliyinin əyani təsdiqi kimi qiymətləndirilməlidir.

Prezident İlham Əliyev çıxışında işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən bərpa-quruculuq işlərini beynəlxalq ictimaiyyətə təqdim etməklə Azərbaycanın müharibədən sonrakı uğurlu reabilitasiya modelini nümayiş etdirdi. Dövlət başçısının sözləri ilə desək, 30 ilə yaxın davam edən Ermənistan işğalı nəticəsində 1 milyondan artıq azərbaycanlının doğma yurdundan didərgin salınması, dini və mədəni abidələrin məhv edilməsi, şəhərlərin və kəndlərin xarabazara çevrilməsi insanlıq əleyhinə törədilmiş cinayətlərin təzahürüdür.

Ermənistanın 67 məsciddən 65-ni məhv etməsi və digər ikisini təhqiramiz şəkildə başqa məqsədlər üçün istifadə etməsi təkcə Azərbaycan xalqına qarşı deyil, həm də İslam dünyasına qarşı açıq hörmətsizlikdir. Cənab Prezident bu faktlarla dünya ictimaiyyətinə bir daha xatırlatdı ki, Ermənistanın vandalizm siyasəti hüquqi baximdan cinayət kimi qiymətləndirilməli və beynəlxalq səviyyədə cəzalandırılmalıdır.

Çıxışın ən vacib məqamlarından biri də Qərbi azərbaycanlıların Ermənistandakı doğma torpaqlarına sülh yolu ilə qayıdış hüququnun təmin edilməsinə dair çağırış idi. Dövlətimizin başçısı bu məsələdə beynəlxalq birlik qarşısında da öhdəliklərin olduğunu vurğuladı. Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi beynəlxalq hüquq normalarına ziddir və regional sülh təşəbbüslərinin pozulmasına xidmət edir. Azərbaycanın bu istiqamətdə səyləri gələcək dövr üçün sülh və ədalət gündəliyinin əsas prioritetlərindən biri olaraq qalacaq.

Ərazilərin minalarla çirkləndirilməsi məsələsi də Cənab Prezidentin çıxışında mühüm yer tutdu.Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın vətəndaşın mina partlayışları nəticəsində zərər görməsi, bu təhlükəli təhdidlərin davam etdiyini göstəricisidir.

Prezident İlham Əliyev çıxışınında Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında (ECO) oynadığı strateji rolu da xüsusi vurğuladı. Dövlət başçısı bildirdi ki, Azərbaycan ECO çərçivəsində hər zaman fəal iştirak edib və bu platformanı regional əməkdaşlıq üçün mühüm vasitə kimi görür. Azərbaycanın təşəbbüsü ilə regionda təkcə siyasi deyil, iqtisadi və humanitar inteqrasiyanın da yeni mərhələsi başlayıb.

Cənab Prezident ölkəmizin ekoloji və iqlim gündəliyinə verdiyi töhfələri bir daha xatırlatdı. Prezident İlham Əliyev qeyd etdi ki, tarixdə ilk dəfə olaraq 2024-cü ildə COP29 kimi mühüm beynəlxalq tədbir ECO məkanında — Azərbaycanda keçirilmişdir. Bu konfransda 197 ölkə, 70 dövlət və hökumət başçısı, ümumilikdə 77 min nümayəndənin iştirakı Azərbaycanın artan beynəlxalq nüfuzunun və təşkilata verdiyi töhfənin göstəricisidir. Konfransda inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının əhəmiyyətli dərəcədə artırılması, İtki və Zərər Fondunun praktik mexanizmə çevrilməsi və karbon bazarları üzrə razılaşmalar kimi mühüm nailiyyətlər əldə olunmuşdur. Bu qərarlar yalnız iqlim dəyişikliklərinə qarşı qlobal mübarizənin deyil, həm də Azərbaycanın beynəlxalq səviyyədə liderlik təşəbbüslərinin təzahürüdür.

Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq təşkil edilən ECO Həftəsi çərçivəsində Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu və Laçında Qadınlar Forumu kimi mühüm tədbirlərin keçirilməsi, regionda post-münaqişə dövrünün reallıqları fonunda sosial-iqtisadi diplomatiyanın effektiv nümunəsidir. Bu forumlar vasitəsilə təkcə siyasi gündəm deyil, həm də sahibkarlıq, gənclərin təşəbbüskarlığı və qadınların müxtəlif sahələrdə rolunun gücləndirilməsi kimi mövzular da regional əməkdaşlığın əsas predmetləri olaraq önə çıxarıldı.

Cənab Prezident ECO Tədqiqat Mərkəzi və Təmiz Enerji Mərkəzinin Azərbaycanda yaradılması təşəbbüsünü də xatırladaraq bu institutların həm elmi-tədqiqat, həm də praktik əməkdaşlıq baxımından təşkilatın fəaliyyətinə ciddi töhfə verəcəyini bildirdi. Eyni zamanda, Şuşanın 2026-cı il üçün “ECO-nun Turizm Paytaxtı” elan edilməsi Azərbaycanın mədəni və turizm potensialının region miqyasında tanınmasına xidmət edəcəkdir.

Azərbaycana 20 ildə 350 milyard ABŞ dollarına yaxın sərmayə yatırılması, bunun yarısının xarici investisiyalardan ibarət olması ölkəmizin iqtisadi sabitliyinin investorlar üçün cəlbedici mühitə malik olduğunu göstərir. Bu fakt təkcə iqtisadi göstərici deyil, həm də siyasi etimadın və hüquqi sabitliyin nəticəsidir.

Hazırda Azərbaycanın təbii qaz ixrac etdiyi 12 ölkə ilə enerji sahəsində əməkdaşlığı, Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi artan rolu xüsusilə diqqətçəkicidir. Eyni zamanda, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi strateji mövqedə yerləşən Azərbaycan, ECO-ya üzv ölkələr üçün mühüm tranzit ölkəsinə çevrilmişdir. Bu logistik üstünlük Azərbaycanın regional və qlobal nəqliyyat siyasətində əsas oyunçulardan biri kimi qəbul edilməsini şərtləndirir.

İlham Əliyevin Xankəndidəki çıxışı bir daha sübut etdi ki, Azərbaycan yalnız hərbi və siyasi baxımdan deyil, həm də iqtisadi, diplomatik və iqlim gündəliyi baxımından Cənubi Qafqaz və daha geniş coğrafiya üçün strateji liderdir. Cənab Prezidentin nitqi həm keçmişin dərsləri, həm bugünün nailiyyətləri, həm də gələcəyin hədəfləri arasında qurulan məntiqli və strateji körpü idi.

Xankəndidə keçirilən ECO Zirvə görüşü regionun gələcəyinə dair strateji konturların müəyyən olunduğu, Azərbaycanın isə bu proseslərin mərkəzində dayandığı bir platforma kimi tarixə düşdü.

Xankəndidə bu səviyyədə ilk beynəlxalq tədbirin keçirilməsi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün birmənalı şəkildə tanındığını, azad olunmuş ərazilərin regionun inteqrasiya proseslərində fəal rol oynamağa başladığını sübut etdi.

Bu Zirvə görüşü göstərdi ki, Azərbaycan artıq postmünaqişə mərhələsini təkcə yenidənqurma ilə deyil, həm də diplomatik fəallıq və beynəlxalq əməkdaşlıqla müşayiət edir. Xankəndidən verilən bu mesajlar təkcə bölgəyə deyil, bütün dünyaya ünvanlanmış çağırış idi: sülh, inkişaf və qarşılıqlı hörmət prinsipləri əsasında qurulan yeni regional nizam artıq formalaşmaqdadır və bu prosesin mərkəzində məhz Azərbaycan dayanır.

Ziyafət ƏSGƏROV
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 İyul 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see249

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see215

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see204

Avropa İttifaqı bizim üçün təhlükə yaradır Viktor Orban

17 Noyabr 2025 16:52see158

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see150

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see141

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see139

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see135

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see133

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see132

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see131

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see131

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see130

Şəki Siti , Xankəndi və Qaradağ Lökbatan qələbə qazandı II Liqa

17 Noyabr 2025 17:03see129

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see128

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see128

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see125

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see122

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan rayonlarına səfər ediblər

17 Noyabr 2025 18:11see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri