Icma.az
close
up
RU
Xankəndidən İrəvana qaçan separatçı lider yoxa çıxdı İlginc detallar

Xankəndidən İrəvana qaçan separatçı lider yoxa çıxdı İlginc detallar

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

2023-cü ildə Qarabağda keçirilən antiterror əməliyyatlarından sonra Ermənistana qaçan keçmiş qondarma rejimin “lideri” Samvel Şahramanyan yoxa çıxıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr yazır ki, Şahramanyan son zamanlarda heç yerdə görünmür. Hətta o, martın 29-da Qarabağ ermənilərinin İrəvanda keçirdiyi aksiyaya qatılmadı, meydanlarda qurulan çadırlara baş çəkmədi. Halbuki etirazlara liderlik etməsi gözlənilirdi.

Məlumata görə, keçmiş qondarma rejimin “deputatları” bu yaxınlarda Şahramanyanla söhbət ediblər və onu laqeydlikdə günahlandırıblar. Belə ki, son olaraq separatçıların “parlamenti” İrəvanda iclas keçirib və “prezidentin”, o cümlədən digər strukturların səlahiyyətlərini genişləndirən “konstitusiya” qəbul ediblər. Lakin separatçılar arasında müəyyən fikir ayrılıqlarının olduğu bildirilir. Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ erməniləri ilə bağlı sadəcə sosial məsələlərin hökumət qarşısında qaldırılmalı olduğunu düşünür və onların Ermənistan siyasətinə qarışmasını istəmir. Separatçıların bir qismi bu fikri dəstəkləyir və onların taleyinin Ermənistanda hakimiyyət dəyişikliyi ilə əlaqələndirilməməli olduğunu vurğulayırlar. Lakin digərləri mövcud hökumətin devirilməsi prosesinə dəstək verilməsini tələb edir.

İddialara görə, Samvel Şahramanyan da bu vəziyyət fonunda məsələyə qarışmamaq üçün sükuta qərq olub və proseslərə müdaxilə etmək istəmir.

“Hraparak” bildirir ki, Şahramanyanın mövqeyi aydın deyil. Onun yenidən “prezident” seçilmək istəyib-istəmədiyi, ümumiyyətlə mövqeyinin nə olduğu bilinmir. Bəziləri onun Ermənistanda hökumət dəyişdikdən sonra təkrar aktivləşə biləcəyini söyləyir.

Lakin nəşrin hökumət mənbələrindən əldə etdiyi məlumat separatçıların lideri ilə bağlı müzakirələri daha da artırıb. Qəzet yazır ki, Şahramanyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan tərəfindən idarə olunur. Amma Abazyanın ona susması qarşılığında nə vəd etdiyi, necə nəzarətə aldığı məlum deyil. Yekun nəticə budur ki, Şahramanyan konkret olaraq “vəzifəsini” icra etməkdən imtina edib.

Ayşən Mustafa
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Aprel 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri