Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Gələn il İrəvana gedəcəyik? İLGİNC anons

Gələn il İrəvana gedəcəyik? İLGİNC anons

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycan dövləti üzərinə düşən öhdəlikləri yüksək sürətlə yerinə yetirir. İlk növbədə dəmir yolu xətlərinin çəkilməsi və avtomobil yolu layihələrinin icra səviyyəsi artıq kifayət qədər yüksəkdir. 2027-ci ilin əvvəlinədək hər iki layihənin Ermənistan sərhədinədək çatdırılması planlaşdırılır”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov avqustun 4-də İsveçrənin Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə birgə keçirilən mətbuat konfransında söyləyib. O qeyd edib ki, Naxçıvan Muxtar Respublikası ərazisində təxminən 180 kilometr uzunluğunda dəmir yolu xətti mövcuddur. Lakin həmin xətt təxminən 30 il ərzində istismar olunmadığından onun bərpası üçün əlavə investisiyalara və genişmiqyaslı yenidənqurma işlərinə ehtiyac var. Bu istiqamətdə işlərə artıq başlanılıb.

“Bundan başqa, mühüm layihələrdən biri də Qars–İğdır–Dilucu dəmir yolu layihəsidir. Qardaş Türkiyə ərazisində bu layihənin tikintisi artıq başlanıb və icra prosesi davam edir. Bütün bu layihələrin həyata keçirilməsi və vaxtında başa çatdırılması regionun inkişafı üçün yeni imkanlar yaradacaq. Bu, təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpasına xidmət etməyəcək, həm də Şərq-Qərb və Orta Dəhliz marşrutlarına yeni ölçü qazandıracaq”, - nazir əlavə edib.

Bu açıqlama o deməkdir ki, gələn il İrəvana gedə bilərik?

Milli Məclisin deputatı Azər Badamov məsələ ilə bağlı Muasavat.com-a açıqlamasında öncə bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Bakıda mətbuat konfransında səsləndirdiyi fikirlər Azərbaycan-Ermənistan münasibətlərində, xüsusilə nəqliyyat kommunikasiyalarının açılması istiqamətində görülən işlərin əhəmiyyətini bir daha göstərib: “Azərbaycan regionda yeni sülh və əməkdaşlıq reallığı yaradıb və bu reallığın möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atır. Bu siyasətin nəticəsi olaraq Azərbaycan Ermənistana və Ermənistandan tranzit daşımalarla bağlı tətbiq olunan məhdudiyyətləri aradan qaldırıb. Artıq hər iki istiqamətdə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi 60 min tonu keçib. Eyni zamanda, Azərbaycanın Ermənistana göndərdiyi neft məhsullarının həcmi 20 min tondan çox olub”.

Deputatın sözlərinə görə, bu addımlar Azərbaycanın regionda sülhün və iqtisadi əməkdaşlığın inkişafında maraqlı olduğunu göstərir: “Lakin iki ölkə arasında tam normallaşma üçün əsas şərtlərdən biri yekun sülh müqaviləsinin imzalanmasıdır. Ermənistanın da öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırması və sülh müqaviləsinin imzalanması istiqamətində zəruri addımları sürətləndirməsi vacibdir.

Ceyhun Bayramovun qeyd etdiyi dəmir yolu və avtomobil yolu layihələri isə regionda nəqliyyat əlaqələrinin bərpası baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan artıq öz ərazisində Zəngəzur dəhlizi istiqamətində böyük infrastruktur layihələrinin icrasına başlayıb. Planlaşdırmaya əsasən, 2027-ci ilin əvvəlinədək dəmir yolu və avtomobil yollarının Ermənistan sərhədinə qədər çatdırılması nəzərdə tutulur. Eyni zamanda, Naxçıvanda mövcud olan təxminən 180 kilometrlik dəmir yolunun bərpası istiqamətində işlər aparılır. Təxminən 30 il ərzində istifadəsiz qalan bu xəttin yenidən fəaliyyətə başlaması üçün genişmiqyaslı investisiya və yenidənqurma işləri həyata keçirilir. Digər tərəfdən, Türkiyə ərazisində Qars-İğdır-Dilucu dəmir yolu layihəsinin tikintisinə başlanılıb və bu layihə Zəngəzur marşrutunun mühüm hissələrindən birini təşkil edir”.

Azər Badamov hesab edir ki, bütün bunlarla yanaşı, Ermənistan ərazisindən keçəcək TRIPP çərçivəsində görüləcək işlər də mühüm əhəmiyyət daşıyır: “Bu layihənin icrası üçün birgə şirkətin yaradılması və investisiya fondunun kapitalının artırılması ilə bağlı məlumatlar açıqlanıb. Əgər Ermənistan tərəfi bu prosesə maneə yaratmadan üzərinə düşən öhdəlikləri yerinə yetirərsə, Zəngəzur marşrutunun reallaşması regionda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Lakin bütün bunlar avtomatik olaraq gələn il İrəvana sərbəst səfərlərin başlayacağı anlamına gəlmir. Bunun üçün yalnız nəqliyyat infrastrukturlarının hazır olması kifayət deyil. Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlərin qurulması, sərhədlərin müəyyənləşdirilməsi, sülh müqaviləsinin imzalanması və qarşılıqlı etimad mühitinin formalaşması əsas şərtlərdir. Perspektivdə isə sülh müqaviləsi imzalandıqdan və münasibətlər normallaşdıqdan sonra vətəndaşlarımız Qərbi Azərbaycana, o cümlədən İrəvana səfər edə biləcəkdir. Amma Zəngəzur dəhlizi açılandan sonra isə Naxçıvana Ermənistan üzərindən gedə biləcəyik. Yəni hazırda həyata keçirilən yol layihələri gələcəkdə belə imkanların yaranması üçün mühüm infrastrukturu formalaşdırır. Lakin insanların qarşılıqlı səfərləri üçün əsas amil yolların tikintisi ilə yanaşı, davamlı sülhün və siyasi razılaşmaların əldə olunmasıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Avqust 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see626

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see558

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see435

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see305

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see300

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see300

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see287

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see278

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see245

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see237

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see227

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see226

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see214

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see210

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see210

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see209

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see192

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see177

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see172

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri