Icma.az
close
up
RU
Moskva İrəvana qarşı belə HƏRƏKƏTƏ KEÇƏCƏK İLGİNC DETALLAR

Moskva İrəvana qarşı belə HƏRƏKƏTƏ KEÇƏCƏK İLGİNC DETALLAR

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Düşünürəm ki, burada elə bir təəccüblü məqam yoxdur. Çünki Rusiya Xarici Kəşfiyyat Xidməti mütləq şəkildə Ermənistanda öz agenturasından da, texnikasından da istifadə edir”.

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bu fikirləri Musavat.com-a açıqlamasında bildirib.

Xatırladaq ki, Rusiyanın Xarici Kəşfiyyat Xidməti “İrəvanın öpüşü” başlıqlı press-relizdə Ermənistanın siyasi səbəblərdən Moskvadan “qopmaq” və Rusiya əvəzinə daha bahalı Ukrayna taxılını almaqla Kiyevə kömək etmək niyyətində olduğunu iddia edib.

Bu barədə danışan millət vəkili ardınca aşağıdakıları vurğulayıb:

“Məlumdur ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və bu ölkədə Rusiyanın hərbi bazası yerləşir. Bu məlumatları əldə etmək elə də çətin bir proses deyil. Yəni səfirliklər, diplomatik rabitə xətləri, dövlət strukturlarının şəbəkələri, bunlar hamısı izlənilə də bilər, məlumat da götürmək mümkündür.

Digər məsələ budur ki, xüsusilə Ermənistanın dövlət qurumlarının istər kompüterləri, serverləri, istərsə də Paşinyanın istifadə etdiyi kommunikasiya vasitələri mütləq nəzarətdədir. Ermənistanın bütün strukturları Rusiya üçün çox maraq kəsb edir. Eyni zamanda NATO və Rusiya sərhədi, Türkiyə, Ermənistan sərhədi olduğu üçün mütləq şəkildə bu reallıqdan istifadə olunur”.

Agentura məsələsinə gəldikdə, komitə sədri Rusiyaya dəfələrlə səfər etmiş Köçəryan, Sərkisyan və yaxud onlara loyal olan qruplaşmaların Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli insanlar olmasına da diqqət çəkib:

“Məlumatlar diplomatik dairələr, Rusiyaya yaxın şəxslər vasitəsilə sızır. Yəni bir daha Rusiya xarici kəşfiyyatı göstərməyə çalışır ki, biz hər addımdan xəbərdarıq, kəşfiyyat məlumatımız var”.

Arzu Nağıyevin fikrincə, Rusiya bununla öz varlığını sübut etməyə çalışır:

“Yəni bu, klassik kəşfiyyat hesabatı deyil, informasiya üçün psixoloji əməliyyatlar “İrəvanın öpüşü” press-relizinin məqsədi - bu başlıq da təbii ki, mətndəki ironik yanaşmadır - Paşinyanı qərbpərəst kimi göstərmək, iqtisadi baxımdan qeyri-məntiqi qərarlar verən bir baş nazir kimi ortaya qoymaqdır”.

A.Nağıyev hesab edir ki, bu, həm də Avropa İttifaqı və Fransaya bir mesajdır:

“Bu, “biz sizin də danışıqlarınızı eşidirik, biz sizi də izləyirik”, deməkdir. Bu, həm də ictimaiyyətə seçkiqabağı “Paşinyan Rusiyanı satır”, mesajıdır. Bu gün Ermənistan idxal etdiyi taxılın 80%-ni Rusiyadan alır. Paşinyanın reaksiyası isə “biz Rusiya taxilindən imtina etmirik”, oldu. Bu, kəşfiyyat sızmasından sonra yaranan diplomatik zərər nəzarəti cəhdidir. Yəni ictimaiyyətə “Rusiya ilə münasibətlərdə sabitlik var” deməklə Moskvaya mesaj verir. Düşünür ki, daxili auditoriyada sabitlik, sakitlik olmalıdır.

Moskva-İrəvan münasibətlərində seçki öncəsi bu kimi məsələlər, müxtəlif suallar daha çox ortaya çıxacaq. Hətta etimad böhranı da yarana bilər. KTMT, Avrasiya İqtisadi Birliyi çərçivəsində passivləşmə, Qərblə təhlükəsizlik dialoqunun gücləndirilməsi bir daha göstərir ki, münasibətdə gərginlik var”.

Milli Məclisin komitə sədrinin fikrincə, Rusiya Paşinyan hökumətinin müstəqil xarici siyasət kursunu bəyənmir və Ermənistana qarşı çıxmaq üçün hər cür addım atacaq:

“Yəni nə qədər desələr də ki, Paşinyan hakimiyyəti Rusiyaya xəyanətlə yaxınlaşır, bu, inandırıcı görünmür. Paşinyan həm qərbyönümlü kursuna sadiqdir, həm də Rusiya ilə əlaqəni kəsmək istəmir. Yəni əsas məsələ odur ki, yüksək ehtimalla real dinləmə və sızma var. Lakin burada Paşinyanın mövqeyi müdafiə taktikası seçməkdir. Rusiya-Ermənistan münasibətlərində nə qədər etimadsızlıq mərhələsi olsa da, soyuq müttəfiqlik hələ də qalmaqdadır.

Gələcəkdə isə məlumdur ki, Moskva İrəvana qarşı daha çox psixoloji və iqtisadi rıçaqlardan istifadə edəcək. Çünki qarşıdakı ən ciddi məsələ seçkilərdir. Təbii ki, burada Zəngəzur dəhlizi kimi bir reallıq da var. Eyni zamanda kommunikasiyaların açılması və sülh müqaviləsinin imzalanması məsələsi də ortadadır. Buna görə də Rusiya ciddi cəhdlə bu məsələlərdə öz regional siyasətini həyata keçirəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Noyabr 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri