“Xankəndi”nin futbolçusu: “Quba” ilə oyunda xarakter göstərdik”
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“Xankəndi” Azərbaycan Kubokunun I təsnifat mərhələsində “Quba” üzərində 2:1 hesabı ilə qələbə qazandığı matçda xarakter göstərib”.
Bunu “Report”a açıqlamasında bölgə təmsilçisinin futbolçusu Emin Quliyev deyib.
Futbolçu oyunun gərgin keçdiyini söyləyib: “Gərgin oyun keçdi. Amma geridönüş etməyi bacardıq və xarakter göstərdik. Qarşıdan gələn “Qaradağ Lökbatan”la matça hazırlaşırıq. Yaxşı hazırlaşıb qələbə qazanmaq istəyirik”.
O, görüşün ilk hissəsində çətinlik yaşadıqlarını bildirib: “İki fərqli hissə oldu. İlk hissədə yaxşı oynamadıq. Məşqçilərin tapşırığı və oyunçu dəyişiklikləri ilə fasilədən sonra toparlandıq. Qolları vaxtında vurduq. Oyunu qələbə ilə bitirdik”.
Qeyd edək ki, “Xankəndi” Azərbaycan Kubokunun II təsnifat mərhələsində “Difai” ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 11 Oktyabr 2025 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















