Xankəndi nin qapıçısı: Quba üzərində qələbə bizə xüsusi motivasiya verdi
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın II Liqa klubu "Xankəndi"nin II turda "Quba" üzərində qazandığı qələbə kollektivə xüsusi motivasiya verib.
İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında bölgə təmsilçisinin qapıçısı Şahin Zəkiyev deyib.
O, qələbə seriyasını davam etdirməyə çalışacaqlarını vurğulayıb: "Qələbələr bizim üçün çox əhəmiyyətlidir. Çempionata yaxşı start vermişik. İlk turda "Dinamo"nu, ikinci oyunda "Quba"nı 4:0 hesabı ilə məğlub etdik. "Quba" üzərində böyükhesablı qələbə bizə fərqli motivasiya verdi. Çünki rəqib çempionluğa oynayan komandalardandır, yaxşı kollektivləri, məşqçiləri var. Ən önəmli məsələlərdən biri də iki oyundur qol buraxmamağımızdır. Bu, bütün komandanın zəhmətinin nəticəsidir. Müdafiəçilərimiz hər iki turda gözəl performans göstəriblər. Əsas məqsədimiz birlikdə mübarizə aparıb, qələbə seriyasını davam etdirməkdir".
Qeyd edək ki, II turdan sonra "Xankəndi" 6 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 15 Sentyabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















