Icma.az
close
up
RU
Xanlar Vəliyev Daxili Qoşunların hərbçiləri ilə görüşdü FOTOLAR

Xanlar Vəliyev Daxili Qoşunların hərbçiləri ilə görüşdü FOTOLAR

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 55-ci ildönümü, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası və COP29-un mahiyyəti, eləcə də hüquqi biliklərlə bağlı maarifləndirmə ilə əlaqədar hərbi prokuror Xanlar Vəliyev Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının N saylı hərbi hissəsində hərbi qulluqçularla görüş keçirib.

Hərbi Prokurorluqdan verilən məlumata görə, Azərbaycan Respublikası Baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin iştirakı, Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və DİN-in Daxili Qoşunlarının yüksəkrütbəli hərbi qulluqçularının Quba rayonunda rayon rəhbərliyi ilə birgə keçirdikləri tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin və şəhidlərin abidələri önünə gül dəstələri düzülərək, onların əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev, Daxili Qoşunlar komandanının müavini, general-mayor İnqilab Muradov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov çıxışlarında istiqlal yolumuzu və firavan istiqbalımızı nurlandıran dünyaşöhrətli siyasətçi Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə zamanın tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 21 ildə ölkəmizdə görülmüş müstəsna işlərdən, həyata keçirilmiş hərtərəfli dərin islahatlardan, bütün sahələrdə qazanılmış misilsiz uğurların qazanılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm əhəmiyyət kəsb etməsindən danışıblar. Eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından söz açılıb.

Habelə ölkə rəhbərinin uğurlu xarici siyasəti sayəsində dövlətimizin beynəlxalq aləmdə artan nüfuzundan, o cümlədən Azərbaycanda keçirilmiş COP29-un mahiyyətindən, əhəmiyyətindən və uğurlu təşkilindən, eyni zamanda, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, o cümlədən ekoloji cinayətlərdən və məsuliyyətdən bəhs edilib.

Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub. Onları maraqlandıran suallar cavablandırılıb. Eləcə də hərbçilərin məişət və xidmət şəraiti, həmçinin qayğı və problemləri ilə maraqlanılıb.

Tədbirdən sonra ağaclar əkilib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Noyabr 2024 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri