Xanyurdu sakini: Kəndimizi adına layiq şəkildə inkişaf etdirəcəyik
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xocalı rayonunun Xanyurdu kəndinə qayıdan sakin doğma yurdda öz ocaqlarını yenidən yandıracaqlarını bildirib.
Oxu.Az xəbər verir ki, bu fikirləri "Report"un Xocalıya ezam olunan əməkdaşına açıqlamasında Xanyurdu kənd sakini Məhəbbət Cavadov deyib.
O, təkrar məskunlaşdıqları kəndi adına layiq qaydada inkişaf etdirəcəklərini söyləyib:
"Dövlətimiz o zaman indiki qədər qüdrətli olsaydı, uzun illər məcburi köçkün həyatı yaşamazdıq. Kəndimiz işğal ediləndə, düşmənə ciddi müqavimət göstərdik, amma gücümüz yetərli olmadığı üçün geri çəkildik.
Bu müddət ərzində yenidən kəndimizə dönəcəyimizə inamımızı heç vaxt itirmədik. Şükür, çətin günlər artıq geridə qalıb. İndi kəndimizə qayıdırıq, öz ocağımızı yandırıb, yuvamıza yığılırıq. Kəndimizi adına layiq şəkildə - Xan yurdu kimi inkişaf etdirəcəyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 11 Avqust 2025 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















