Xaricdə iş vədi ilə dələduzluq etdi Saxlanıldı
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Vətəndaşların etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən E.Vəliyev saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Müəyyən edilib ki, o, bir vətəndaşın övladını İsveçrədə işlə təmin edəcəyini vəd edərək 1728 manat, digər şəxsdən isə istirahət kompleksində ev və “golfcar”la təmin edəcəyi adı ilə 3400 manat alıb. E.Vəliyev, həmçinin dəyəri 19 min manat olan “golfcar” nəqliyyat vasitəsinin ödənişini sonradan edəcəyi vədlə əldə edərək, sahibinin razılığı olmadan 8 min manata başqa şəxsə satıb.
Aparılan araşdırmalarla onun mobil telefonunda tanınmış şəxslərlə birlikdə olduğunu göstərən fotomontaj edilərək hazırlanan şəkillər də aşkarlanıb. Müəyyən edilib ki, E.Vəliyev bu şəkillərdən istifadə etməklə özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edib və bu üsulla zərərçəkənlərin etimadını qazanıb.
E.Vəliyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Faktlarla bağlı istintaq tədbirləri davam etdirilir.
Bu mövzuda digər xəbərlər:Xaricdə işə düzəltmək vədi ilə dələduzluq edən şəxs saxlanıldı
16 Noyabr 2025 14:08
Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı
29 Aprel 2026 10:12
Hacıqabulda xaricdə iş vədi ilə dələduzluq edən şəxs saxlanılıb
16 Noyabr 2025 22:43
Xaricdə döyüşmüş 6 nəfər saxlanıldı
07 Yanvar 2026 17:05
Xaricdə iş vədi ilə dələduzluq edən şəxslə bağlı rəsmi açıqlama
08 Sentyabr 2026 17:11
Baxış sayı:140
Bu xəbər 26 Sentyabr 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















