Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Xaricdə təhsil: Nələrə diqqət edək ki, yarı yolda qalmayaq? AÇIQLAMA

Xaricdə təhsil: Nələrə diqqət edək ki, yarı yolda qalmayaq? AÇIQLAMA

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hazırda ölkəmiz universitetə qəbul prosesi ərəfəsidir. Bu mərhələdə qəbul ola bilməyən və ya alternativ təhsil imkanları axtaran abituriyentlər xaricdə oxumağa üstünlük verirlər. Bu zaman onlar xaricdə təhsil xidmətləri göstərən şirkətlərə müraciət edirlər.

Bakıvaxtı.az-ın məlumatına görə, amma bəzən bu şirkətlərə üz tutanlar yarı yolda qalırlar. Belə ki, əksər şirkətlər onlara müraciət edənləri diplomu ölkəmizdə tanınmayan ali məktblərə yönəldirlər ki, bu zaman loru dillə desək, it də gedir, ip də. Yəni, həm abituriyentin valideynlərinin xərci arada it-bata düşür, həm də “tələbə”nin oxuduğu illər hədər gedir.

Mövzu ilə bağlı öz fikirlərini Bakıvaxtı.az-a bölüşən təhsil eksperti Elçin Süleymanov bildirib ki, xaricdə təhsil vətəndaşların inkişafı üçün əhəmiyyətli addımdır. Sadəcə olaraq düzgün ölkə, universitet və keyfiyyətli təhsil proqramı seçmək mütləqdir.

Xaricdə təhsili üç kateqoriyaya bölmək olar:

"Birinci qrup - dövlət proqramı ilə xaricdə təhsil alanlardır. Bu halda meyarlar kifayət qədər yüksəkdir. Dövlət proqramı vasitəsilə dünyanın TOP-500 universitetində təhsil almaq mümkündür.

İkinci qrup - xaricdəki universitetlərdən təqaüd alaraq təhsil alanlardır. Bu istiqamət müsbət qiymətləndirilə bilər.

Üçüncü qrup isə Azərbaycanda tələb olunan balı toplaya bilməyən və öz hesabına xaricdə təhsil almağa çalışan abituriyentlərdir. Əgər bir abituriyent ölkəsində yetərli balı toplaya bilməyibsə, onun xaricdə təhsilinin uğurlu olub-olmayacağı şübhə doğurur".

Elçin Süleymanov, təhsil eksperti

Ekspertin sözlərinə görə, hər il Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən xaricdə təhsil almış şəxslərin 30-40 faizinə imtina cavabı verilir. Onun fikrincə, bunun səbəbi abituriyentlərin araşdırma aparmadan, yalnız diplom əldə etmək məqsədilə tanınmayan universitetlərə üz tutmasıdır. Belə universitetlər əsasən xaricdə təhsil şirkətləri vasitəsilə seçilir. Ona görə də xaricdə təhsil şirkəti seçərkən onun əvvəlki fəaliyyəti mütləq araşdırılmalıdır.

"Rəqəmsal dövrdə yaşayırıq, indiki abituriyentlər demək olar ki, hər şeydən məlumatlıdır. Sosial mediada və digər platformalarda əvvəlki müştərilərin rəylərini oxumaq faydalı olar. Ödənişlər, əlavə xərclər və digər maliyyə məsələləri tam və şəffaf şəkildə izah edilməlidir. Gizli ödənişlər və ya qeyri-müəyyən məbləğlər olduqda isə diqqətli olmaq lazımdır", - deyə Elçin Süleymanov bildirib.

Yeri gəlmişkən, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) də bu məsələ ilə bağlı məlumat yayıb.

Bildirilib ki, bəzi media resurslarında, eləcə də bəzi xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında vətəndaşlarımız müxtəlif xarici ölkələrin universitetlərində təhsil almağa təşviq olunur və sonda diplomların Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tanınacağı ilə bağlı vədlər, hətta zəmanət də verilir.

Xaricdə təhsil şirkətlərinin fəaliyyətinə nəzarət TKTA-nın səlahiyyətləri xaricindədir. Həmçinin Agentlik xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şəxslə, şirkətlə və ya universitetlə əməkdaşlıq etmir və bu kimi vasitəçilərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.

Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” əsasında həyata keçirilir.

TKTA xaricdə təhsil almaq istəyən vətəndaşlara təhsillərini tamamladıqdan sonra əldə olunan kvalifikasiyanın tanınmasında hər hansı bir çətinliklə qarşılaşmamaq üçün aşağıdakı məqamlara diqqət etmələrini tövsiyə edir:

Seçilən ixtisasların Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli, 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”, Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr 2024-cü il tarixli, 503 nömrəli Qərarı ilə “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”, “Ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə ixtisasların Təsnifatı” və “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda yer alması;

Kvalifikasiyanın aid olduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması (enic-naric.net keçidindən istifadə etməklə müvafiq məlumatı əldə etmək mümkündür);

Nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil alınan ölkənin ərazisində olmaq və tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisaslarına münasibətdə təhsilin bütün normativ müddətində təhsil alınan ölkənin ərazisində olmaq);

Müvafiq Qaydalara əsasən, ölkə ərazisində yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formasında (qiyabi “Baytarlıq təbabəti” və “Əczaçılıq” ixtisasları istisna olmaqla) əldə olunmuş kvalifikasiyalara münasibətdə tanınmanın həyata keçirildiyinin nəzərə alınması;

Tədris müddətində seçilən dərslərin ixtisasla uyğunluq təşkil etməsi və minimum kredit həcminin qarşılanması;

“Açık öğretim” təhsilalma formasında əldə olunmuş kvalifikasiyaların ölkə ərazisində tanınmaması;

Məlumat üçün bildiririk ki, sözügedən Qaydalara əsasən, xarici kvalifikasiya əldə etmiş şəxslərin Azərbaycan Respublikası ərazisində təhsilin növbəti səviyyəsinə qəbul olunmaq, həmçinin peşə fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edə bilməsi üçün müvafiq kvalifikasiyanın TKTA tərəfindən tanınması şərt olaraq qanunvericilikdə təsbit olunub.

Bundan əlavə vətəndaşlara dəstək məqsədilə TKTA-nın internet səhifəsində Agentliyə edilən müraciətlər əsasında “Tanınmayan universitetlərin siyahısı”(https://www.tkta.edu.az/p/diplomlari-taninmayan-universitetlerin-siyahisi) və “Ən çox imtina alan universitetlərin siyahısı” (https://www.tkta.edu.az/p/en-cox-imtina-alan-universitetlerin-siyahisi) dərc edilib.

Eyni zamanda vətəndaşlar qeyd edilən məsələlərlə bağlı daha ətraflı məlumat əldə etmək üçün Agentliyin 146-8 Çağrı Mərkəzinə zəng edə və ya [email protected] elektron poçt ünvanına yaza bilərlər.

Bu arada TKTA mart ayı üzrə 273 müraciətçinin 222-si barədə müsbət qərar verərək müvafiq şəhadətnamələr təqdim edib, 51 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

TKTA-dan Bakıvaxtı.az-a bildirib ki, mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 39 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması, 6 təhsil forması, 2 dövlət nümunəli olmayan diplom, 1 akkreditasiyasız ali təhsil müəssisəsi, 1 bakalavr diplomu üzrə imtina verilmə, 1 əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması, 1 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması və əhəmiyyətli fərqi göstərmək mümkündür.

Ölkələr üzrə Türkiyə Respublikasından 84, Ukrayna 62, Rusiya Federasiyası 49, Birləşmiş Krallıq 21, Gürcüstan 14, Macarıstan 11, Belarus Respublikası 4, Polşa Respublikası 4, Kanada 3, həmçinin Almaniya Federativ Respublikası, Amerika Birləşmiş Ştatları, Estoniya Respublikası, İtaliya Respublikası, Koreya Respublikası, Moldova Respublikası, Sudan Respublikalarının hər birində 2, İsveçrə Konfederasiyası, Niderland Krallığı, Belçika Krallığı, Fransa Respublikası, Avstriya Respublikası, Latviya Respublikası, Litva Respublikalarının hər birindən isə 1 müraciət qeydə alınıb.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat ixtisası üzrə 21, biznesin idarə edilməsi ixtisası üzrə 19, maliyyə ixtisası üzrə 19, menecment ixtisası üzrə 16, dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə 13 müraciət qeydə alınıb.

Nuriyyə Musayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Aprel 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see312

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see261

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see252

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri