Icma.az
close
up
RU
Xaricdə təhsil proqramına qəbul sərtləşir: Yalnız ən güclülər seçiləcək

Xaricdə təhsil proqramına qəbul sərtləşir: Yalnız ən güclülər seçiləcək

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması




Yeni tədris ilinin başlanması bütün ölkə boyu təntənəli şəkildə qeyd edildi. 10 minlərlə uşaq ilk dəfə məktəbə - təhsilə addım atdı. Azərbaycannın firavan gələcəyinin həm də gənc nəslin bilikli, savadlı, intellektual səviyyəli olmasında görən Azərbaycan dövləti təhsilə əlçatanlığın təmin edilməsi üçün zəruri fəaliyyət həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə xüsusi diqqət və qayğısı ölkə ərazisində hər il yeni məktəb binalarının inşa edilməsi, təmirə ehtiyacı olanların abadlaşması, müasir avadanlıqlarla təmin edilməsində görünür. Orta ümumtəhsil məktəbləri ilə yanaşı, məktəbəqədər təhsil və ali təhsildə də innovasiyalar tətbiq edilir. Bu günlərdə Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşündə cənab Prezident Qarabağ Universitetinin tələbələrinə salam söyləyərək Xankəndinin tələbələr şəhəri olacağını deyib: "Dünən Tibb fakültəsinin yeni klinikasının açılışını etdik, tələbələrin sayı çoxalacaq, 100 nəfər də tibb klinikasına daxil oldu. Yəni bir neçə ildən sonra orada minlərlə tələbə olacaq. Yəni Xankəndi tələbələr şəhəri olacaq. Bütün tələbə yoldaşlarına məndən salam söylə. Sağ olun", - dövlət başçısı tələbə qızla söhbətində qeyd edib. Yeni tədris ilinin ilk günündə elm və təhsil naziri Emin Əmrullayev isə Ağdam rayonunda yerləşən Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində olub. Elm və Təhsil Nazirliyinin məlumatında bildirilir ki, işğaldan azad edildikdən sonra bu il ilk dəfə tədris prosesinə başlayan məktəbdə nazir dərs gedişatını izləyib, şagird və müəllim heyəti ilə görüşərək onlarla söhbət aparıb. Görüş zamanı Emin Əmrullayev şagirdləri yeni dərs ilində uğurlar əldə etməyə, müəllimləri isə gənc nəslin bilik və bacarıqlarının inkişafına töhfə verməyə səsləyib. Nazir həmçinin işğaldan azad edilmiş bölgələrdə təhsil infrastrukturunun yenidən qurulmasının önəmini vurğulayıb. Qeyd edilib ki, 528 şagird yerlik tam orta məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan və Qırğızıstan prezidentləri tərəfindən qoyulub. Xıdırlı kənd tam orta məktəbində 2025-2026-cı tədris ilində 123 şagird təhsil alacaq. Onlardan 11 nəfəri birinci sinif şagirdidir. 9 uşaq isə məktəbəhazırlıq qruplarında təhsilə cəlb olunub. 

E.Əmrullayev qeyd edib ki, xaricdə təhsil proqramına qəbul meyarlarının sərtləşdirilməsi nəzərdə tutulur. Bu il xaricdə təhsil proqramına 900-ə yaxın müraciət daxil olub. Bu qədər namizəd arasından seçim etmək çox çətindir. İki güclü namizəd arasında bir yer olanda, kimsə istər-istəməz kənarda qalır: “Biz çalışırıq ki, ən yaxşıları seçək. Prosesdə müsahibələr də aparılır, lakin qəbul etməliyik ki, hər bir müsahibə müəyyən qədər subyektivdir”. 

O bildirib ki, əsas məqsəd seçimdə subyektivliyi minimuma endirməkdir: “Elə bir sistem qurmaq niyyətindəyik ki, qəbul olunanların keyfiyyəti əvvəlcədən müəyyən olunmuş yüksək meyarlara əsaslansın. Yekunda təxminən 500 nəfər ən yaxşı namizəd seçilməlidir. Bu məqsədlə qəbul prosesini daha da çətinləşdirməyi və proqramı dünyanın ən yüksək səviyyəli universitetlərinə yönləndirməyi planlaşdırırıq”. Nazir, həmçinin vurğulayıb ki, proqram uzunmüddətli perspektivdə Azərbaycanın inkişafına ciddi töhfə verəcək: “Əminəm ki, bu proqram müstəqilliyimizin və inkişafımızın əsas dayaqlarından biri olacaq. Xaricdə təhsil alan gənclər 5, 10, 15, hətta 20 ildən sonra Vətənə qayıdaraq dövlət və özəl sektorda mühüm uğurlar qazanacaq, ölkəmizin tərəqqisinə xidmət edəcəklər”. Elm və təhsil naziri kadr hazırlığı məsələsinə də toxunub. Qeyd edib ki, il ərzində ali məktəbdə bir tələbənin həkim hazırlığına 8 min manat vəsait xərclənir. Mühəndislik və digər ixtisaslarda isə bu rəqəm 2500 – 3000 manat arasında dəyişir. Göstərilən rəqəmlər dövlət sifarişi əsasında maliyyələşən ixtisaslara aiddir. Kadr hazırlığında ucuz və keyfiyyətli formul işləmir. Çox vaxt insanlar düşünürlər ki, az vəsaitlə yüksək səviyyəli mütəxəssis yetişdirmək mümkündür. Bu, reallığa uyğun deyil. Azərbaycan - Türkiyə Universiteti, Azərbaycan - İtaliya Universiteti, ADA Universiteti kimi ali təhsil müəssisələrində xərclər daha yüksəkdir. Bu günlərdə “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsi”nin nəticələri elan olunub. Elm və Təhsil Nazirliyinin məlumatına görə, müsabiqəyə 54-ü (3 faiz) “Ümumi təhsil müəssisələri”, 1 498-i (97 faiz) isə “Fərdi layihələr” kateqoriyası üzrə olmaqla ümumilikdə 1 552 layihə təqdim edilib. Müsabiqəyə təqdim edilən layihələr əvvəlcə texniki ekspertizadan keçirilib və nəticədə 1 516 (98 faiz) layihə “Məzmun ekspertizası” mərhələsinə buraxılıb. Bu mərhələdə layihələr ekspert qrupu tərəfindən 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 220 layihə qrant qazanıb. Həmin layihələrin 6-sı (3 faiz) ümumi təhsil müəssisələrinin, 214-ü (97 faiz) isə təhsilverənlərin fərdi layihələridir. Qrant qazanmış iştirakçılardan 157-si (71 faiz) ilk dəfədir ki, bu müsabiqənin qalibi olub. Daha çox layihəsi qrant qazanmış şəhər və rayonlara Bakı ilə yanaşı, Cəlilabad, Gəncə, Abşeron, Şəmkir və Sumqayıt daxildir. Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Müsabiqə iştirakçıları şəxsi kabinetlərinə göndərilmiş bildirişlərdəki təlimata uyğun olaraq apellyasiya müraciəti edə bilər. 

Əlbəttə, təhsil sahəsində əldə edilən uğurlar son illərdə aparılan islahatlarla da əlaqədardır. 2025-ci təqvim ilinin birinci yarısında Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən 6 ali təhsil müəssisəsində institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov keçirilən brifinqdə məlumat verib. Qeyd edib ki, qrafikə uyğun olaraq, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Bakı Qızlar Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Odlar Yurdu Universitetində institusional akkreditasiya qiymətləndirilməsi təşkil edilib. Tural Əhmədov qeyd edib ki, həmçinin “Məktəbəqədərtəhsil” ixtisası üzrə 7 ali təhsil müəssisəsində - Azərbaycan Dövlət Pedaqoji Universiteti (əsas kampus və Ağcabədi, Cəlilabad, Quba, Şəki filialları), Lənkəran Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetində proqram akkreditasiya qiymətləndirilməsi həyata keçirilib. Qeyd edək ki, təhsilverənlərin sertifikasiya imtahanları başa çatdıqdan sonra müsahibə mərhələsi keçirilir. Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə başlanılıb artıq. Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər. Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir. Sertifikasiya imtahanlarının keçirilməsində də ümumi məqsəd təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmətdir. Bu imtahanlar təhsilverənləri məsuliyyətli olmağa, bilik və bacarıqlarını artırmağa yönəldir. Nəticə etibarilə təhsildə irəliləyiş əldə olunur. Ali təhsil diplomlarının tanınması üçün son 8 ayda 3480 müraciət əsasında müvafiq ekspertiza həyata keçirilib. 2989 müraciətə müsbət rəy verilib. 491 nəfərə yəni, 14 faiz müraciətə isə mənfi rəy verilib. T.Əhmədov bildirib ki, əgər bu sahə üzrə maarifləndirmə düzgün aparılsaydı, imtina qərarları da olmazdı. Cari il ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyət istiqamətinə uyğun olaraq qeyri-formal və informal təhsilin tanınması sahəsində müxtəlif peşə ixtisasları üzrə Agentliyə ümumilikdə 226 müraciət daxil olub. T.Əhmədov deyib ki, qeyd edilən peşələr “Aşpaz,“Qənnadçı-şirniyyatçı”, “Bərbər-vizajist-manikürçü”, “Bərbər”, “Dərzi”, “Kompüter operatoru”, “Avtomobil mühərriklərinin yığıcısı”, “Mühafizəçi”, “Zərgər”, “Elektrik qaz qaynaqçısı” və “Təmirçi-çilingər olub: “Müraciət edən vətəndaşlardan 200 nəfəri tərəfimizdən ilkin mərhələ olan nəzəri imtahanlara cəlb olunub. Onlardan 167 nəfəri məqbul, 33 nəfəri isə qeyri-məqbul nəticə göstərib. Növbəti mərhələdə praktiki imtahanlara cəlb olunan 145 nəfərdən 138 nəfəri uğurlu nəticə göstərərək müvafiq peşə sənədi əldə edib, 7 nəfəri isə qeyri-məqbul nəticə göstərib. Hazırda 22 nəfər praktiki imtahanı gözləmə mərhələsindədir. Qeyd edək ki, QFİTT üzrə qiymətləndirmə və tanınma aşağıda qeyd olunan müxtəlif qurumlarla birgə əməkdaşlıq və layihələr çərçivəsində, həmçinin şəxsi vəsait hesabına həyata keçirilib”. Yeniyetmə və gənclərin ali təhsillə yanaşı, peşə təhsilinə yönləndirilməsi də vacibdir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Sentyabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see232

Məktəblilər qırmızıdan keçən “Renault”la toqquşmaqdan son anda xilas oldular VİDEO

01 Noyabr 2025 00:15see173

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see165

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see147

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see138

İranın məqsədi nüvə silahı əldə etməkdir ŞƏRH

30 Oktyabr 2025 19:31see136

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

31 Oktyabr 2025 01:36see133

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

31 Oktyabr 2025 01:19see133

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see130

Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? Şirkətdən AÇIQLAMA

31 Oktyabr 2025 14:15see129

Slovakiya piyadalar üçün sürət həddi tətbiq edəcək...

30 Oktyabr 2025 21:46see129

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

31 Oktyabr 2025 02:05see127

“Qarabağ”ın ispaniyalı transferi ilk oyununa çıxa bilər

30 Oktyabr 2025 20:07see126

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see125

“Mançester Siti” ilin sonunadək Rodriylə müqaviləni uzatmağı düşünür

31 Oktyabr 2025 03:12see124

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

01 Noyabr 2025 00:14see124

Karib dənizində güclü qasırğa Melissa iki ölkədə 68 nəfərin canını aldı, itkin düşənlər var

31 Oktyabr 2025 15:27see124

Qərbi Azərbaycan Xronikası: Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir

31 Oktyabr 2025 22:26see123

Livan İsraillə müharibəni dayandırmağa hazır olduğunu açıqladı

31 Oktyabr 2025 16:15see123

Ağ Evin Halloueen bayramı: McDonald s uşaq restoranı interneti sevindirir…

31 Oktyabr 2025 21:35see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri