Özbəkistanın əhalisinin sayı 40 milyona yaxınlaşır
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
Özbəkistanın daimi əhalisi 39.047.321 nəfər təşkil edir.
Newscenter.az Özbəkistan Milli Statistika Komitəsinə istinadən bildirir ki, bu, 1 yanvar 2026-cı il tarixinə olan mövcud əhali hesablamasından 810,6 min nəfər və ya 2,1% çoxdur.
Qeyd olunur ki, fərq doğum, ölüm və miqrasiya üzrə inzibati məlumatlara əsaslanan cari hesabın ümumi siyahıyaalmanın nəticələri ilə tənzimlənməsi ilə yaranıb.
Əhalinin 50,6 faizi kişilər, 49,4 faizi isə qadınlar olub. Ümumi əhalinin 21.276,7 min nəfəri və ya 54,5 faizi şəhər yerlərində, 17.770,6 min nəfəri və ya 45,5 faizi kənd yerlərində yaşayır. Əmək qabiliyyətli insanların payı 55,7 faiz, əmək qabiliyyətli yaşdan kiçiklərin payı 32,0 faiz, əmək qabiliyyətli yaşdan yuxarıların payı isə 12,3 faiz təşkil edir.
15 yaş və yuxarı əhalinin 90,7 faizi ən azı ümumi orta təhsilə malikdir.
Süleyman
Bu mövzuda digər xəbərlər:Özbəkistan əhalisinin sayı 40 milyona çatır
09 Aprel 2025 15:35
Gürcüstan əhalisinin sayı 4 milyona yaxınlaşır
25 İyun 2025 19:59
Özbəkistanın əhalisi 38 milyona yaxınlaşır
26 Avqust 2025 21:01
Dünya əhalisinin sayı rekorda yaxınlaşır
02 Yanvar 2026 23:37
Özbəkistan əhalisinin sayı 37.5 milyona çatıb
12 Mart 2025 23:53
Baxış sayı:53
Bu xəbər 13 Noyabr 2026 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















