Icma.az
close
up
RU
Xaricdə təhsillə bağlı bu vədlərə aldanmayın

Xaricdə təhsillə bağlı bu vədlərə aldanmayın

Icma.az bildirir, Metbuat portalına istinadən.

“Son vaxtlar xaricdə təhsil adı ilə fəaliyyət göstərən bəzi şirkətlərin reklamları həddən artıq çoxalıb. Məsələn, deyirlər ki, ölkəni tərk etmədən xaricdə təhsil al, diplomu al, geri qayıdanda səni yüz faiz işlə təmin edək. Bu vədlərin hər biri ciddi şəkildə şübhə doğurur”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında xaricdə təhsil üzrə ekspert Tapdıq Nəcəfəliyev bildirib.

O, qeyd edib ki, real və keyfiyyətli xarici universitetlərdə qəbul sadəcə pul ilə olmur:

“Onların qəbul komissiyaları var, akademik nəticələrə, beynəlxalq imtahan göstəricilərinə, dil biliklərinə baxırlar. Məsələ tək pulda deyil, həm də bacarıqda, hazırlıqda, motivasiyada, zəhmətdədir”.

T.Nəcəfəliyev bəzi şirkətlərin bazar prinsipi ilə işləməsindən danışıb:

“Bir universitetdən yüz yer alıb, sonra həmin yerləri paket şəklində satır. Amma sual budur ki, hansı hörmətli universitet öz kontingentini satışa çıxarar? Hansı universitet yalnız pulla qəbul edirsə, orada təhsilin keyfiyyətindən danışmaq olar? Bu məqamda atalar yaxşı deyib ki, ucuz ətin şorbası olmaz”.

Ekspertin sözlərinə görə, yüz faiz işlə təminat vədi qəti şəkildə real deyil:

“Heç bir xarici universitet və ya təhsil şirkəti sizə belə zəmanət verə bilməz. İş tapmaq üçün sırf diplom kifayət etmir. Orada şəxsi bilikləriniz, bacarıqlarınız, dil səviyyəniz və iş bazarında rəqabətə davamlılığınız da rol oynayır. Bütün bunların fonunda insanlara çağırış etmək vacibdir ki, reklam edilən hər şeyə inanmayın. Hər təklif edilən proqramın rəsmi akkreditasiyasını yoxlayın, universitetin tanınıb-tanınmamasını araşdırın, qəbul şərtlərini özünüz oxuyun. Çünki aldadılmaq sadəcə pul itkisi deyil, vaxt və motivasiya itkisi, bəzən isə gələcəyin zədələnməsidir. Təhsil həyatın ən ciddi sərmayəsidir. Ona görə də bu sərmayəni real zəhmətlə qazanılmış imkanlara yönəltmək, uydurma vədlərə aldanmamaq lazımdır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 31 May 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri