Icma.az
close
up
RU
Xaricdə yaşayanlarla bağlı mühüm açıqlama: Ödənişlər avtomatlaşdırılır

Xaricdə yaşayanlarla bağlı mühüm açıqlama: Ödənişlər avtomatlaşdırılır

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xarici dövlətlərdə məskunlaşmış şəxslərə ödənilən pensiyaların, sosial müavinətlərin və təqaüdlərin elektron formata keçirilməsi istiqamətində müzakirələr aparılır.

Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev "Dövlət biznes əməkdaşlıq forumu" çərçivəsində təşkil olunan "Qurumların fəaliyyəti, işəgötürənlərlə əməkdaşlıq və əmək bazarının aktual məsələləri" mövzusundakı panel sessiyada bildirib.

Onun fikrincə, əmək münasibətlərinin şəffaf əsaslarla qurulması həmin işçilərin gələcək sosial təminatının, xüsusilə pensiya hüquqlarının müəyyən edilməsində həlledici əhəmiyyət daşıyır:

"Eyni zamanda, işçilərin gündəlik əmək fəaliyyəti dövründə üzləşdikləri müxtəlif risklərlə əlaqədar müvafiq sosial ödəniş növləri də mövcuddur. Bu kontekstdə, dövlət-biznes əməkdaşlığı çərçivəsində şəffaf və rəsmi məşğulluğun təmin olunması yalnız gələcək sosial təminata deyil, həmçinin hazırda fəaliyyət göstərən sosial müdafiə mexanizmlərinin müəyyən hissəsinin səmərəli işləməsinə xidmət edir".

Zəka Mirzəyev qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi xidmətlərin 78-i artıq elektron qaydaya keçirilib:

"Qalan digər xidmət isə beynəlxalq sazişlər əsasında DSMF tərəfindən xarici ölkələrdə yaşayan vətəndaşlara ödənilən pensiyalar, sosial müavinətlər və təqaüdlərlə bağlıdır. Bu ödənişlərin rəqəmsallaşdırılması və proaktiv formada icra edilməsi üçün, şübhəsiz ki, qarşı tərəfin, yəni digər dövlətin uyğun elektron sistemlərinin inteqrasiyası imkanları mövcud olmalıdır. Lakin bu, hələ ki mümkün deyil. Bu məsələ üzərində işlərimizi davam etdiririk". /"Report"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Noyabr 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri