Icma.az
close
up
RU
Xaricdən avtomobil almaq istəyənlərin nəzərinə

Xaricdən avtomobil almaq istəyənlərin nəzərinə

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illərdə vətəndaşların əksəriyyəti xaricdən avtomobil almağa üstünlük verirlər. Bunun bir neçə əsas səbəbi var. İlk növbədə, xaricdən gətirilən avtomobillər yerli bazarla müqayisədə daha sərfəli qiymətə təklif olunur. Həmçinin xaricdə avtomobil seçimi və çeşidi daha çoxdur. Alıcılar istədikləri avtomobilləri daha asanlıqla tapa bilirlər.

Bəs xaricdən avtomobil almaq istəyənlər nələri bilməlidirlər?

Bu barədə nəqliyyat eksperti Eldəniz Cəfərov Metbuat.az-a açıqlamasında bildirib ki, xaricdən ikinci əl avtomobil almaq prosesi indi daha sadələşib:

“Vətəndaşlar ya birbaşa özləri sifariş verə, ya da bu sahədə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edə bilərlər. Lakin avtomobil alınmazdan əvvəl onun texniki vəziyyəti, qəzalı olub-olmaması barədə ətraflı məlumat əldə etmək vacibdir. Bu məlumatı VIN kod vasitəsilə yoxlamaq mümkündür. Bundan əlavə, bəzi xarici ölkələrdə avtomobillərin tarixçəsini əks etdirən xüsusi elektron portallar mövcuddur və alıcı bu məlumatları avtomobil satan şəxsdən tələb edə bilər”.

Ekspert qeyd edib ki, avtomobil alarkən mütləq yazılı şəkildə rəsmi sövdələşmə aparılmalıdır:

“Sadəcə şifahi razılaşma ilə kifayətlənmək risklidir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiqlənməli və avtomobilin texniki vəziyyəti, qiyməti, çatdırılma şərtləri kimi vacib məqamları əhatə etməlidir. Əgər sifariş edilən avtomobil alıcıya əvvəlcədən deyildiyi kimi deyilsə, nasazlıq və ya digər problemlər ortaya çıxarsa, vətəndaş həm yerli, həm də xarici məhkəmələrə müraciət edərək hüquqlarını müdafiə edə bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 19 Fevral 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri