Icma.az
close
up
RU
Xaricdən avtomobil sifariş verərkən aldanmamaq üçün nələrə diqqət etmək lazımdır? ARAŞDIRMA

Xaricdən avtomobil sifariş verərkən aldanmamaq üçün nələrə diqqət etmək lazımdır? ARAŞDIRMA

Icma.az bildirir, Pravda.az portalına istinadən.

Hazırda Azərbaycanda ikinci əl avtomobillərin gətirilməsində artım müşahidə olunur. Dünyanın bütün aparıcı avtomobil markalarının rəsmi nümayəndəliklərinin ölkəmizdə mövcud olmasına baxmayaraq, yenə də xaricdən sifariş edilən avtomobillərlə bağlı narazılıqlar yaşanır, avtomobillərin təmirində, ehtiyat hissələrinin tapılmasında problem ortaya çıxır.

 
Pravda.az xəbər verir ki, Koreya, Amerika, Almaniya, Fransa kimi ölkələrə ikinci əl avtomobillər almaq üçün müraciət edənlərin sayı daha çoxdur. Lakin təcrübə göstərir ki, mütəxəssislərin dəstəyi olmasa, vətəndaşlar xaricdən gətirilən avtomobillərlə bağlı istənilən halda problemlə üzləşirlər. Araşdırmalara görə, adıçəkilən xarici ölkələrdə ixrac məqsədilə satışa çıxarılmış avtomobillərin əksəriyyətinin vəziyyəti o qədər də ürəkaçan olmur.
Məsələn, ABŞ-dən avtomobil alarkən onun vəziyyətidən və istehsal tarixindən əmin olmaq lazımdır. Carfax (Karfaks) xüsusi texniki hesabatı müştərinin köməyinə çatır. Məlumat üçün bildirək ki, Karfaks - ABŞ və Kanada ərazisində bütün avtomobillərə dair informasiyanın əks olunduğu məlumat bazasıdır. Bu hesabat ödənişlidir, lakin bəzi şirkətlər müştəriləri üçün xidməti tamamilə pulsuz yerinə yetirirlər. Əsas məsələ də elə bundan sonra başlayır. Belə ki, müştəriyə vəd edilən texniki hesabata “ətraflı” fotohesabat əlavə ediləcəyi deyilir. Bu, alış-verişin görünən tərəfidir. Lakin görünməyən tərəfləri, hesabatda əksini tapmayan problemlər avtomobil ölkəyə gətirildikdən sonra ortaya çıxır və ziyana uğrayan tərəf yenə də müştəri olur. Xarici saytlarda gördükləri ucuz qiymətlərdən ürəklənən alıcıların çoxu avtomobilin qiymətinə önəm verdikləri üçün məhsulun daxili bazardakından daha ucuz qiymətə başa gələcəyinə aldanırlar. Mütəxəssislər isə bildirirlər ki, avtomobil alarkən realist olmaq şərtdir, çünki “ucuz və keyfiyyətli” göstəricilər avtomobildə keçərli  deyil. Təcrübə bunu da göstərir ki, ölkəmizdə xeyli sayda avtomobil “tacirləri” xaricdən ən ucuz avtomobilləri alırlar, daxili bazarda isə maksimum gəlir əldə edirlər.


Ölkəmizdə bu kimi problemlərin həddindən artıq olduğunu nəzərə alaraq həlli yollarını mütəxəssislərlə müzakirə etdik.


Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev problemin bir çox məqamlarına diqqət çəkib.

 


O bildirib ki, xaricdən avtomobil alışı zamanı hər dəfə bu cür problemlərlə rastlaşırlar: “İstər əhatəmizdə, istərsə də ümumi cəmiyyətdə bənzər problemləri görürük. Bir çoxları sifariş verərəkən avtomobilin yalnız görünən tərəflərindən xəbərdar ola bilirlər. Lakin görünməyən problemlər də olur. Riskə gedərək həmin avtomobili ölkəyə gətirdirlər. Elə müştəri var ki, riskə getsə də, qazanır. Eləsi də var ki, gətirdiyi avtomobil qəzalı olur, böyük xərc tələb edir. Təbii ki, bu, neqativ haldır. Hər dəfə qeyd edirəm, elektrik və hibrid avtomobillərin ilkin ödənişi 10-20% nisbətindədir. Yaxşı olar ki, Mərkəzi Bank banklara icazə versin, daxili yanma mühərriklərinə də ilkin ödəniş 20-25%-dən başlasın. Belə halda əhali gedib ordan-burdan kiminsə artığını gətirib ölkədə istifadə etməz. Yəni avtoparkımızın yenilənməsi, yollarımızın təhlükəsizliyi istiqamətində belə bir addım atılsaydı, vətəndaşlarımız məcbur qalıb, kənardan sınıq-salxaq avtomobilləri ölkəyə gətirməzdilər. Xaricdən aldığımız avtomobillərin görünməyən tərəfləri hansılardır? Müxtəlif qəzalar nəticəsində yol-patrul xidmətinin əməkdaşları sadəcə qeyd edirlər ki, sürücü idarəetməni itirdi. Bəs sürücü idarəetməni nədən itirdi? Avtomobilin əyləcində problem yaranıb, kilidlənmə olub? Sürücü niyə idarəetməni itirdi? Avomobilin hansı hissəsində problem olub ki, idarəetmə itib? İdarəetmənin itirilməsi belə səbəblərdən baş verir. Qəzaya düşən avtomobillərə baxsanız, görərsiniz ki, əksəriyyəti auksion vasitəsilə ölkəyə gəlmiş avtomobillərdir. Belə avtomobillərdə qəza baş verir, hətta ölümlə nəticələnir. Bu haqda danışanda çalışıram tövsiyə verim ki, vətəndaşlarımız maksimum dərəcədə yeni avtomobil alsınlar. Düzdür, bu, asan məsələ deyil. Yeni avtomobil almağa hər kəsin əli çatmır. Lakin istənilən halda özümüzü, ətrafımızı, bütövlükdə cəmiyyətimizi təhlükəsiz etmək istəyiriksə, sınıq-salxaq, hətta su altında qalmış, elektronikasında problem yaranan, görünməyən problemi olan avtomobilləri gətirib məcburi avtoparkımıza daxil etməyək. Bu, yekunda bizim olmasa da, kimlərinsə yaxınlarının xəsarət almasına, dünyasını dəyişməsinə gətirib çıxara bilir. Avtomobil nə qədər daşınan əmlak olsa da, yüksək riskli məhsuldur. Yaxşı olar ki, vətəndaşlar avtomobilə silah kimi baxsınlar. Silahdan atəş açılanda kimsə həyatını itirə bilər. Bu da təhlükəli haldır”.
Milli Məclisin 4 çağırış deputatı olmuş, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev deyib ki, xaricdən maşın sifariş edərkən zədəli hissələrinin, texniki baxımdan saz olub-olmaması, təkərlərin görüntüsü fiks edilməlidir:


“Vətəndaş avtomobil sifarişini hansı şirkətdən edibsə, pulu ödəyibsə və şirkət həmin avtomobili gətiribsə, avtomobili ölkədə qəbul edərkən usta, yaxud ekspertlə getməli, ilkin baxış keçirməlidirlər. Avtomobili sifariş etdikləri vaxt çəkdikləri şirkətə şəkilləri təqdim etməlidirlər. Bütün bunlar protokol qaydasında götürülməlidir, çatışmazlıqlar qeyd olunmalıdır. Hüquqşünas olmasam da, məlumatıma görə, bu məsələ ilə bağlı polisə, hüquq-mühafizə orqanlarına da müraciət etmək, görüntüləri göstərmək mümkündür. Vətəndaş avtomobil sifariş etdiyi kimi gəlməyibsə, ondan tam imtina edib, karqo şirkətinin boynuna qoya bilir. Yaxud karqo şirkətindən tələb edir ki, çatışmazlıqların maliyyə tərəfdən ödənişi olunsun və müştəri öz avtomobilini ala bilsin, avtomobili rəsmi formada götürsün. Məncə, bunlar kifayətdir. Belə halda şirkət nümayəndələri də çox diqqətlə işləyəcəklər və çalışacaqlar ki, belə problemlər təkrarlanmasın”.
Hüquqşünas Əkrəm Həsənov isə məsələnin hüquqi tərəflərini bu cür izah edib:

 


“İstənilən məhsulu alarkən şirkətlə və ya vətəndaşla alqı-satqı müqaviləsi bağlayırsan. O da satdığı məhsulu tam keyfiyyətli şəkildə təqdim etməlidir. Əks halda, vətəndaş onu məhkəməyə verə bilər. Problem bundadır ki, məhsulu alan müştəri Azərbaycan vətəndaşıdırsa, Azərbaycanın hüquqi şəxsidirsə, problem yoxdur, məhkəmə prosesi öz ölkəmizdə olacaq. Vətəndaşın məhsul aldığı şəxs və ya şirkət xaricdədirsə, onda bu, ciddi problemdir. Onda həmin ölkədə məhkəməyə verməlidir. Məsələn, ABŞ-də. Bu isə qeyri-realdır, çünki vətəndaş həmin ölkənin qanunlarını bilmədiyi üçün özünə o ölkədə hüquqşünas, vəkil tutmalıdır, xərc çəkməlidir. Bu da ola bilər, vətəndaşa çox baha başa gəlsin”.


 
Aytəkin Qardaşova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://pravda.az
archiveBu xəbər 30 Aprel 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran İsrail və ABŞ a rəsmən müharibə elan etməyə hazırlaşır

13 İyun 2025 10:26see316

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see276

İran hücumun olacağını bilirdi? Hədəf Xameneidir, yaxın günlərdə...

13 İyun 2025 08:15see195

İsrail İran münaqişəsi Azərbaycana necə təsir edəcək? ŞƏRH

13 İyun 2025 11:24see165

Tehran bu gecə... Video

13 İyun 2025 05:51see163

Tehranın şimal qərbində partlayış baş verdi

13 İyun 2025 20:53see162

İsrail Təbrizi vurdu VİDEO

13 İyun 2025 08:33see145

SON DƏQİQƏ: İranın vurulan əsas nüvə obyektinin peyk görüntüləri yayıldı FOTO KONKRET

13 İyun 2025 16:29see144

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see144

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see136

Mümkün müharibədə kim qələbə qazanar? İran və İsrailin hərbi gücü FOTOlar

13 İyun 2025 22:57see134

İsrail İranda bir sıra təxribat əməliyyatları həyata keçirdi Axios

13 İyun 2025 06:55see133

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see132

Tramp: İran rəsmiləri nüvə sazişi bağlamaq üçün zəng edir

13 İyun 2025 20:09see130

ABŞ də nazirə sual vermək istəyən senatora güc tətbiq edildi

13 İyun 2025 02:49see125

Meşələrin İnkişafı Xidmətinin sabiq əməkdaşlarına hökm oxunub

13 İyun 2025 19:56see120

İranın Baş Qərargah rəisinin iki müavini İsrail hava zərbələri zamanı həlak olub

14 İyun 2025 11:31see115

Bu səhər vərdişi ürəyiniz üçün təhlükəlidir: kardioloqlardan həyəcan siqnalı verdi

14 İyun 2025 03:15see115

Yəmən İsrailə raket hücumuna başladı

13 İyun 2025 22:41see115

İsti havada rahat yuxuya getməyin BEŞ EFFEKTİV YOLU Nevroloqdan məsləhət

13 İyun 2025 02:38see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri