Icma.az
close
up
RU
Xaricə üzərlik aparmayın! Həbs oluna bilərsiniz

Xaricə üzərlik aparmayın! Həbs oluna bilərsiniz

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ədliyyə Nazirliyi xaricə üzərlik aparan şəxslərə xəbərdarlıq edib.

Nazirlikdən “Qafqazinfo”ya bildirilib ki, son zamanlar el arasında üzərlik kimi tanınan Peganum harmala bitkisini xaricə aparanların bəzi ölkələrin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması halları artmaqdadır. Nəticədə həmin şəxslər barəsində inzibati və ya cinayət məsuliyyəti tədbirləri görülür.

Qeyd edilib ki, üzərlik bitkisi xalq təbabətində və mədəni-ritual ənənələrdə geniş istifadə olunsa da, onun tərkibindəki bəzi alkaloid maddələr - xüsusilə psixotrop təsirə malik olan harmalin, harmin və digər birləşmələr bir sıra ölkələrdə dövriyyəsi məhdudlaşdırılan və ya tam qadağan olunmuş maddələr siyahısına daxildir.

“Bununla əlaqədar olaraq, xarici ölkələrə səfər edən, eləcə də həmin ölkələrdən respublikamıza gələn vətəndaşlara üzərlik bitkisini, toxumlarını, ekstraktlarını və ya digər formalarını üzərlərində daşımamaq tövsiyə olunur. Bu, həmin ölkələrin qanunvericiliyində nəzərdə tutulan hüquqi məsuliyyət risklərindən yayınmaq baxımından mühüm əhəmiyyət kəsb edir”, -  açıqlamada bildirilir.

Qeyd edilir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən üzərlik bitkisinin mənşəyi, kimyəvi tərkibi, hüquqi statusu və məsuliyyət doğuran halları ilə bağlı profilaktik tövsiyə hazırlanıb. Bu tövsiyənin hazırlanmasında məqsəd vətəndaşların təhlükəsizliyini təmin etmək, üzərlik bitkisi ilə xarici ölkələrə səfər edərkən, eləcə də həmin ölkələrdən respublikamıza gələrkən hüquqi məsuliyyət doğura biləcək halların qarşısını almaq üçün maarifləndirmə aparmaqdır.

Məlumatla linkə keçid etməklə tanış ola bilərsiniz.

Xatırladaq ki, bir neçə ay öncə əslən azərbaycanlı olan Qazaxıstan vətəndaşı üzərində üzərlik aşkarlandığı üçün Rusiya ərazisində həbs olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 İyul 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri